Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Dövlət Baytarlıq Xidməti “Elba”nı biabır etdi:At əti satırmış - QALMAQAL

 

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Elba” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Cahangirov iddia edib ki, Daşkəsən Rayon Baytarlıq İdarəsi onların Daşkəsəndəki kəsim kompleksində əməliyyat aparıb və aşkarlanan ətlə bağlı “Elba” MMC-nin adını veriblər.

 

Yenixeber.org:  Eləcə də S.Cahangirov ərazinin “Meta” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsini, onların fəaliyyətinin tam qanuni olmasını və Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən guya onlara qərəzli münasibət göstərilməsini qeyd edir.

 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a açıqlama verilib.

 

Bildirilib ki, Daşkəsənin Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilib.

 

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi  "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Məlumata görə, tədbir keçirilən zaman Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib edilib. Polis şöbəsinin əməkdaşları tərəfindən dəvət edilən və “Elba” MMC nümayəndəsi kimi özlərini təqdim edib akta imza atanlar  “Elba” kəsim və ət emal fabrikinin iş icraçısı İlham Qarayev, “Elba” MMC-nin nümayəndəsi Səbuhi Cahangirov və “Elba” MMC kəsim və ət emal fabrikasının anbardarı Rafiq Xəlilov olub.  

 

Özlərini “Elba” MMC nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı imzalayıblar.

 

Aktda adları qeyd edilən şirkətin nümayəndələri tədbir keçirilən zaman ərazinin icarəyə verilməsi və digər hallarla bağlı heç bir məlumat və sənəd təqdim etməyiblər.   

 

Bildirilən ərazinin “Meta” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Baytarlıq İdarəsində də heç bir məlumat və qeydiyyat mövcud deyil.

 

Aktda həmin ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədin olmadığı və ətlərin “Elba” MMC-yə məxsus olması qeyd edilib və böhtan xarakterli məlumatı yayan Səbuhi Cahangirov da  özü şəxsən akta imza atıb.  

 

““Elba” MMC rəhbərliyi qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə bu cür şər, böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarır.  

Dövlət Baytarlıq Nəzarəti Xidməti 27 aprel 2017-ci il tarixli məlumatında da tədbirin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparıldığını qeyd edib Eləcə də Daşkəsən  Rayon Polis Şöbəsinin müraciəti əsasında aşkar edilmiş mənşəyi məlum olmayan ətlərin, ət məhsullarının mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürulərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərildiyi vurğulanıb.

 

Müvafiq araşdırmalar Daşkəsən  Rayon Polis Şöbəsi tərəfindən aparılır.

 

Tərtib olunmuş akta və aşkar olunan faktlara istinad edərək bir daha bildiririk ki, aşkarlanan ətlərin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq arayışı verilməyib və ətlərin üzərində heç bir baytarlıq möhürü olmayıb.

 

Sexdə aşkarlanan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir müvafiq sənəd olmadığı üçün həmin ətlər mənşəyi məlum olmayan ətlər kimi sənədləşdirilib, mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.  

 

Respublika Baytarlıq Laboratoriyasına göndərilən nümunələrin müayinəsi başa çatıb, müayinələrin nəticəsinə əsasən Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi  "Hyundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunub (Ekspertiza N 0501, L-4/434, 29 aprel 2017-ci il)”-deyə Dövlət Baytarlıq Xidmət bəyan edib.

 

Qeyd olunub ki, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin 5-nin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.

 

Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunmuşdur (Ekspertiza N 0501, L-4/434, 29 aprel 2017-ci il). 

 

Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən  Rayon Polis Şöbəsinə göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmayıb, bu günə qədər “Elba”MMC-lə də heç bir qərəzli münasibətdə olmayıb. Və  eyni zamanda qara piarla məşğul olmayıb.

 

“Bu iddialar özlərini müdafiə etmək, təmizə çıxartmaq məqsədi daşıyır və heç bir əsası yoxdur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatlar heç biri həqiqəti əks etdirmir, qərəzli və əsassızdır.

 

Əksinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti mənşəyi məlum olmayan, insan qidası üçün yararsız olan ətləri gizli yolla satışa çıxaranlara qarşı daim mübarizə aparır, onların bu hərəkətlərinin qarşısını almaq üçün mütəmadi nəzarəti tədbirlərini müvafiq qurumlarla birlikdə davam etdirir. Aşkar edilən mənşəyi məlum olmayan, insan qidası yararsız ətlər KİV nümayəndələrini iştirakı ilə zərərsizləşdirilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam