Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Xaçmazda at əti aşkar edildi

 

 

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də daxil olan məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.

Bu zaman avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan çəkisi 90 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam