Mingəçevir polisində daha bir işgəncə olayı -ŞİKAYƏT VAR
Yenixeber.org: Mingəçevir Şəhər Sakini Fəxrəddin Şəfiyev Gununsesi.info-ya şikayət ərizəsi yollayıb. Şikayətində vətəndaş oğluna Mingəçevir Şəhər Polis Şöbəsində işgəncə verilməsini idda edib.
Həmin məktubu olduğu kimi təqdim edirik:
Oğlum Şəfiyev Orxan Fəxrəddin oğlu martın 20-dən 21-nə keçən gecə, 2017-ci il tarixində, saat 01:30-02:00 radələrində Nəbiyev Zaur Fikrət oğlu ilə aralarında yaranmış mübahisə zəmnində sonuncuya yüngül bədən xəsarəti yetirmişdir.
Hazırda, oğlum Şəfiyev Orxan barəsində əsassız olaraq AR CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
221.3-cü maddə də isə Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutur. Lakin, silah qismində istifadə olunan əşya ümumiyyətlə, münaqişə zamanı olmamışdır, əgər olsa idi, bu günə qədər maddi sübut kimi aşkar olunardı. Ən vacib digər bir məqam isə odur ki, xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün, törədilmiş əməlin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməl olması ən başlıca zərurətdir, halbuki, hadisə marketin arxasında, heç kimin olmadığı bir yerdə, saat 02-00 radələrində baş vermişdir.
Hadisədən sonra zərərçəkmiş şəxs kimi tanınan Nəbiyev Zaur Fikrət oğlu teleqramla Mingəçevir Şəhər Polis İdarəsinə müraciət edərək oğlumdan şikayətçi olmadığını bildirmişdir. AR Baş Prokuroruna, AR Daxili İşlər Nazirinə müraciət etmiş hadisə zamanı içkili olduğunu , Şəfiyev Orxanla aralarında heç bir ədavət olmadığını və hadisənin sırf hər ikisinin içkili olmağından baş verdiyini və Şəfiyev Orxan barəsndə heç bir şikayətinin olmadığıı bildirmişdir.
Əvəzində isə Nəbiyev Zaur 31 may tarixdə Mingəçevir Şəhər Polis İdarəsinə çağırılmış “sən kimsən şikayətini geri götürürsən ?” deyilərək fiziki zor tətbiq edilmiş, ağır işgəncələrə məruz qalmışdır.
Xatırladım ki, bu hadisə ilk deyil. Bundan əvvəl dəfələrlə Mingəçevir Şəhər Polis İdarəsində onlarla işgəncə faktı qeydə alınmış, hətta ölüm hadisələri baş vermişdir. Bu barədə məhkəmə hökmü də mövcuddur. Cavid Muradov Mingəçevir Şəhər Polis Şöbəsi rəisi təyin ediləndən sonra bu faktlar daha da artmağa başlamış, işgəncə isə dahda intensiv olmuşdu. Bu ay ərzində Qasım Qasımov döyülərək işgəncələrə məruz qalmış və Polis şöbəsinsə ayağı sındırılmışdır, Əhməd Yusifov adlı şəxsə verilə ağır fiziki təyziqlər hələdə bu günədək araşdırılmamışdı. Bu cəzasızlıq isə bunları qanunsuzluğa dahada sövq edir.
Cavid Muradov isə əsassız olaraq oğlumu cinayətkar kimi qələmə vermək istəyir. Mingəçevir Şəhər Prokurorluğu isə öz “polisə nəzarət” funksiyasını yerinə yetirmir və ya yerinə yetirmək istəmir. Edilən onlarla şikayətlər cavabsız qalır. Təəsüf ki, Caid Muradov cinayətkarlıqla mübarizənin və ictima asayişin qorunmasını profilaktik və əməliyyat fəaliiyəti ilə deyil, özü üçün yaratdığı xüsusi təyinatlı polis imici ilə həmin şəxslərin yalnız cinayətkarlığa “meyililiyini göstərməklə” açıq şəkildə həmin şəxsləri şərləyir, . Nə vaxtdan ictimai təhlükəsizliyin təmini şərləmədən və işgəncədən keçir ? Tərəfimizdən Yüzlərlə şikayət edilsə də bu günə qədər heç bir nəticə verməmişdir. Qeyd edim ki, mən və digər işgəncəyə məruz qalmış şəxslərin valideynləri cənab nazirin Bərdə və Göyçay rayonlarında vətəndaşları qəbul edərəkən qəbula yazılmaq istəsək də şəxsən Cavid Muradov və Azad Qarayevin göstərişi ilə bunun qarşısı alınmışdır. Mən təsəvvür etmirəm ki, Mingəçevir Şəhəri Polisinin özbaşınalığı və prokuror nəzarətinin olmaması hər hansı bir rayonda olsun. Zaur Nəbiyev şəxsən rəsinin göstəriş ilə İstintaq bölməsində işgəncə verilərək bədəninin müxtəlif nahiyələrinə küt alətlə vurulmuş və qabırğalara çatdadılmışdı.Zaur Nəbiyev ağır vəziyyətdə TY köməyil ilə Mingəçevir Şəhər Mərkıəzi Xəstəxanasına çatdırılmışdır. Məgər bu cinayətkarlıqla mübarizə vasitəsidir. Mingəçevir kimi ərazisi və əhalisi az bir şəhərdə adi polis nəzarətini və polisin qanuni davranışına nəzarət edən prokuror bunu həyata keçirə bilmirsə, bu rəhbərliyin göstərdiyi etimadın yerinə yetirliməməsidir. Ən qorxulu hal isə ondan ibarətdir ki, bütün qanunsuzluqlar şəxsən və Mingəçevir Şəhər Prokuroru Azad Qarayevin gözləri qarşısında baş verir.Əgər Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun müvafiq yoxlama həyata keçirilsə onda hüquq mühavizə orqanlarının yüksək imicinə Mingəçevirdə olan hüquq mühavizə orqanlarının nə qədər xələl gətirdiyi və fəaliyyətlərinin necə neqativ olması hamıya aydın olar. Zaur Nəbiyevin oğlumdan şikayətçi olması üçün ona edilən ağır işgəncə ilə bağlı DİN-ə və Baş Prokurora şikayət etmişik.Əgər əvvəl ki vətəndaşlara verilən işgəncə faktına hüquqi qiymət verilsəydi yəgin ki, Mingəçevir Şəhər Polis Şöbəsi oğlumu şərləmək üçün Zaur Nəbiyevə belə işgəncə verməzdilər.
Redaksiyadan: Şikayətdə adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.