Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Seymur Həzi canını qurtarmaq üçün özünü müdafiə edib”

 

 

   "Xeberinfo.com": “Seymurla iki dəfə görüşmüşəm. Əhval-ruhiyyəsi yaxşıdır. Saxlama şəraitindən giley-güzarı yoxdur. Dostların hamısına salam söyləyir” - bunu “Azərbaycan saatı” proqramının aparıcısı və “Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzinin vəkili Elton Quliyev deyib.  

Onun sözlərinə görə, Seymur Həzinin əməlində xuliqanlıq yoxdur: “Cinayət Məcəlləsinin 221.1, 221.2 eləcə də 221.3-cü maddələri arasında fərq ondan ibarətdir ki, silah qismində nədənsə istifadə olunur. Taxtadan, daşdan, əlindəki butulkadan, telefondan və.s. İstənilən bir əşya silah qismində istifadə olunubsa və əgər xuliqanlıq varsa bu 221.3-cü maddəylə tövsif olunmalıdır. Bu nəzəriyyədi. Seymur Həziylə bağlı məsələyə gəldikdə isə biz onun əməlində xuliqanlıq cinayətini görməmişik. Bu barədə də avqustun 30-da onun barəsində həbs-qətimkan tədbiri seçilən zamanda demişik. Sentyabrın 1-də isə rəsmi vəsatət vermişik və bildirmişik ki, burada xuliqanlıq əməli yoxdur. Çünki xuliqanlıq motivsiz cinayətdir, belə qəbul olunubdur. Xuliqanlıq törədən şəxsin məqsədi, niyyəti yalnız ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik etmək, insanlar arasındakı formalaşmış dəyərlərə saymazyanlıq göstərmək və.s. Ancaq Seymur Həzi motivsiz hərəkət etməyib. Ona qarşı hücum olub. Mən orada da vəsatətdə də qeyd etmişəm ki, kimisə xuliqanlıqla məsuliyyətə cəlb etmək lazımdırsa, bu Seymur Həzi yox, digər şəxsdir. Ona hücum eləyən adamdır. Çünki heç bir səbəb olmadan küçənin ortasında, camaatın yanında, ictimai yerdə ona yaxınlaşıb vurmağa başlayıb. Seymur da ondan canını qurtarmaq üçün özünü müdafiə edib. Əlindəki şüşə qabı onun başına hücumlarından özünü müdafiə etmək, əlindən qurtulmaq üçün vurub. Buna görə də vəsatəti məhkəməyə təqdim edəndə yeganə xahiş onu qoymuşuq ki, Seymur Həzi barədə cinayət təqibinə xitam verilsin. Çünki o zəruri müdafiə həddində hərəkət edib, həddini aşmayıb və nəticələr də göz önündədir. Onun müdafiəsi adekvat müdafiə hesab edilməlidir. Barəsində cinayət təqibinə xitam verilməlidir. Sonradan məlum oldu. Bizim vəsatətən qismən təmini deyək, istintaqın sonradan gəldiyi qənaətmi deyək, bunun bizim üçün fərqi yoxdur. Dolayısı ilə bizim mövqeyimizi təsdiq ediblər. Rəsmi məlumat yayılıb ki, Seymur Həziyə qarşı hüquqa zidd hərəkət edən şəxs də 221.1-ci maddəylə məsuliyyətə cəlb edilib və həbs olunub. Bu nə dərəcədə düzdür, həqiqətdir bilmirəm. Ancaq onu deyə bilərəm ki, əgər belə addım atılıbsa bizim mövqeyimizi bir daha möhkəmləndirir və bir daha təsdiq edir”.

Xatırladaq ki, Seymur Həzi avqustun 29-da həbs olunub. O, Ceyranbatan qəsəbəsində yerləşən evlərindən çıxıb gələrkən Məhərrəm Həsənov adlı birisi yaxınlaşaraq, “facebook”da ona göndərdiyi mesaja niyə cavab vermədiyini soruşub. Seymur Həzi də öz növbəsində bildirib ki, belə bir mesaj görməyib, ola bilsin, diqqətindən yayınıb, imkan olan kimi cavab yazacaq. Bu cavabla kifayətlənməyən Məhərrəm Həsənov Seymur Həziyə hücum edib. Belə olan halda, jurnalist də özünü müdafiə etmək məcburiyyətində qalıb. Hadisə yerindən uzaqlaşanda isə ətrafda dayanmış polislər Seymur Həzini həbs edib. Jurnalistə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya vasitəsilə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülərək, ilkin istintaq dövrü üçün barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Seymur Həziyə qarşı baş verənlərin əvvəlcədən hazırlanmış təxribat olduğu şübhə doğurmur. Məsələ burasındadır ki, ona həbsindən təxminən bir həftə əvvəl tutulacağı haqda xəbərdarlıq edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam