Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Oazis”in bir neçə əməkdaşı həbs olundu

 

 

    “Oazis” restoranında baş verən dava ilə əlaqədar cinayət işi başlanıb.

 

  "Xeberinfo.com": Baş prokurorluqdan əldə etdiyimiz məlumata görə, sentyabrın 2-də saat 02 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri  arasında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən münaqişə zamanı Bakı şəhər sakini Zaur Əsgərovun və başqalarının bədən xəsarətləri alması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən  törədildikdə) və  221.3-cü (xuliqanlıq,  silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə cinayət işi başlanıb.

 

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülmüş, çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

 

İnsidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.

 

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  

 

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam