Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ankara ilə Moskvanın “səmimi dostluğu”-nun arxasında gizlənən ziddiyyətlər -ŞOK İDDİA

 

Son vaxtlar Rusiya və Türkiyə arasında münasibətləri sürətlə bərpa olunmağa başladı.

 

Yenixeber.org:  Putin və Ərdoğanın qarşılıqlı səfərləri, ticarət sahəsində qadağaların aradan qaldırılması, Suriyada atəşkəs rejimi ilə bağlı imzalanan müqavilələr və s. iki ölkə arasında münasibətlərin 2015-ci ilin noyabrındakı təyyarə insidentindən sonra tamamilə yoluna düşdüyü təəssüratı yarada bilərdi. Lakin son 1 ayda gedən proseslər Moskva və Ankara arasında gizli “ticarət müharibəsi”nin getdiyini göstərir.

 

Belə ki, Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi bütün sektorial sanksiyaları ləğv etməsinə baxmayaraq, hər il Türkiyədən Rusiyaya ixrac olunan 300-400 milyon dollarlıq pomidora qoyulan qadağalar öz qüvvəsində qalır. Mayın əvvəllərində İstanbula səfər edən Putin bunu belə izah etmişdi:

 

“Bütün məhdudiyyətlərin aradan qaldırılması barədə razılaşdıq. Amma sanksiyaların tətbiq olunduğu vaxtdan bəri Rusiya şirkətləri pomidor istehsalına milyonlarla dollar investisiya yatırıb. Onlar bu investisiyalarından xeyir götürdükdən sonra türk pomidoruna qoyulan sanksiyalar da aradan götürüləcək”.

 

Ekspertlərin fikrincə, bu sanksiyalar 3-5 ilə tam aradan götürüləcək. Putinin İstanbul səfərinin daha bir önəmli nəticəsi Rusiyanın taxılı və günəbaxan yağlarına Ankaranın qoyduğu qadağanın tam aradan qaldırılması idi. 2016-cı ildə Türkiyə Rusiyaya 331,8 milyon dollar dəyərində pomidor satmışdısa, Rusiya həmin il Türkiyəyə 592,5 milyon dollara yaxın tədarük görmüşdü.

 

Lakin mayın 16-da Türkiyənin rus taxılına yeni qadağalar qoyduğu məlum oldu. Ankara bunu daxili bazarını qorumaqla əsaslandırdı.

 

Ticarət müharibəsinin hər iki ölkəyə ciddi ziyan vurduğu, rəsmi Moskvanın taxıl sanksiyasına görə ildə 1,4 milyard dollar, Türkiyənin isə 800 milyon dollar itirəcəyi ehtimal edilir.

 

Lakin hadisələrə diqqətlə baxdıqda, ticarət müharibəsinin arxasında Ankara və Moskva arasındakı kəskin ziddiyyətlərin olduğunu deyə bilərik. Bu ziddiyyətlər iqtisadi yox, daha çox siyasi xarakter daşıyır. Putin və Ərdoğan bütün çoxsaylı görüşlərə rəğmən Suriya münaqişəsi, o cümlədən Bəşər Əsdin taleyi ilə bağlı yekun razılıq əldə edə bilməyiblər.

Məhz Suriya amili, həmçinin, Türkiyəyə Şimali Qafqaz regionundakı xalqların rəğbəti, Moskvanın isə PKK-ya gizli dəstəyi iki ölkə arasında münasibətlərin tam formatda inkişafına mane olur. Amma qarşılıqlı ticarətin də böyük dividendlər vəd etməsi Ərdoğanla Putinin əməkdaşlıq etməsinə səbəb olub.

 

İstənilən an Ankara və Moskva arasında münasibətlər azalan xətlə gedə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam