Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Həbsdə olan AXCP üzvü ifadə verdi –MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yenixeber.org:  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

F. Əhmədli ittihama münasibət bildirərək, özünü təqsirli bilməyib. O, evindən Fətullah Gülənə aid kitabların aşkar olunmasını da təkzib edib və bu işlə heç bir əlaqəsi olmadığını deyib.

F. Əhmədlinin vəkili Əshabəli Mustafayev vəsatətlə çıxış edib və məhkəmə proseslərinin audio-video çəkilişlə aparılmasını istəyib.

Vəkil bildirib ki, "Azərfon" MMC-nin icraçı direktoru Ken Makleni 15 avqust 2016-cı ildə Dövlət Təhlükəsizlik Xidmətinə məktubla müraciət edib, lakin həmin məktubun tarixi saxtalaşdırılıb.

Vəkil Ken Maklenin məhkəmədə əlavə şahid qismində dindirilməsi haqqında da vəsatət verib.

Məhkəmə kollegiyası prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, prosesə əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.

Sonra zərərçəkmiş şəxs qismində Məhəmməd Quliyev ifadə verib.

O, F. Əhmədlini tanımadığını deyib: "Fuad Əhmədlinin əmisi oğlu Əlağanın dostunun restoranında aşbaz işləmişəm. Həmin vaxt mənim maaşla bağlı problemim yaranmışdı, buna görə də işdən çıxaraq yaşadığım Masallı rayonuna getmişdim. Əlağa Fuad Əhmədlinin vasitəsi ilə yerimi müəyyən edib və məni axtarışa vermişdi. Buna görə çox mənəvi sarsıntı keçirdim. Mənim Fuad Əhmədliyə qarşı heç bir şikayət və tələbim yoxdur".

F. Əhmədli isə qeyd edib ki, zərərçəkmiş M. Quliyevlə bağlı əmisi oğluna dəqiq məlumat verməyib:

"Əmim oğlu mənə mesaj yazdı və bildirdi ki, bu şəxsin yerini ona deyim. Əlağanın əl çəkməyəcəyini bildiyim üçün heç bir araşdırma etmədən özümdən ona mesaj yazdım ki, ya uzaq yerdədir, ya da ölkədən kənardadır. Zərərçəkmişin isə həmin vaxt Qəbələnin Vəndam qəsəbəsində olması bir daha sübut edir ki, ona yalan məlumat vermişəm".

Digər zərərçəkmiş Samir Xəlilov isə ifadəsinə deyib ki, səhvən başqa nömrəyə zəng vurub, lakin sonra axtarışa verildiyini eşidib: "Yanlış nömrə olduğu üçün xanımdan üzr istədim, telefonu söndürdüm. Bundan sonra axtarışa verildiyimi eşitdim. Fuad Əhmədli mənim şəxsi işimlə bağlı məlumatları səhvən zəng etdiyim qızın nişanlısına verib. Bununla yanaşı, ona qarşı heç bir şikayət və tələbim yoxdur".

Proses mayın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam