Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

MTN polkovnikinin məhkəməsi başlayıb

 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Yenixeber.org:  APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatətlə çıxış edib.

 

O bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu ilin mayın 27-də başa çatacaq. Vəkil həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib

 

Vəkil işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. Mirəziz Əsgərov isə bildirib ki, istintaq orqanı onun barəsində qərəzli olub: “Buna görə də istintaqın aparılmasından şikayətçiyəm".

 

Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar.

 

Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyiblər.

 

Prosesin qismən qapalı keçirilməsi barədə qərar elan edilib.

 

Hakim bildirib ki, təqsirləndirilən şəxsin xidməti fəaliyyəti ilə bağlı araşdırma aparılan zaman proses qapalı keçiriləcək, qalan hissədə isə məhkəmə iclasının qapalı keçirilməsinə əsas yoxdur.

 

Məhkəmənin baxış iclası aprelin 14-nə təyin edilib.

 

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam