Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“İlhamə Quliyevanın 2 milyon 707 min manat pulu olub” – MƏHKƏMƏ

1455201080_ilhame

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Xeberinfo.com:   “Report”un xəbərinə görə, hakim hakim Səbuhi Hüseynov sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.

O, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeyd edildiyini bildirib. Vəkil həmin videogörüntünün sübutlar siyahısından çıxarılmasını, bir neçə şəxsin məhkəmədə ifadə verməsini istəyib.
Bundan başqa, vəkil qeyd edib ki, istintaqda mərhum İlhamə Quliyevanın 2 milyon 707 min manat olması barədə göstərilib: “Lakin bu, düzgün araşdırılmayıb”.
Vəstət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.
Təqsirləndirilən şəxs məhkəmənin sonunda ifadə verəcəyini bildirib.
Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam