Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Qoyun otararkən oxuduğu mahnı ilə məşhurlaşan gənc Konservatoriyada -VİDEO

 

Qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Kanservatoriyadan keçdi. 

Yenixeber.org:  “Xəzər xəbər”ə istinadən xəbərə görə, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.

Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Kanservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

Milli Kanservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Kanservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam