Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

20 qəpiklik dərmanı məhlul halına salıb 5 manata satırlar –VİDEO

 

aptek

Yenixeber.org:   Artıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən “Rivanol” tozu satılmır. Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır “Rivanol” məhlulu satılır.

Xezerxeber.az-a istinadən xəbərə görə, hazırda satılan hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan “Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.

Apteklərdən bildirildi ki, toz halındakı “Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır. Ölkəyə toz halında olan “Rivanol”un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam