Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? -Qəbizliyi olanlar çarəsizdir

Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? -

 

 

Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb

 

Yenixeber.org: Şikayətlərin çoxluğunu nəzərə alaraq, medicina.az-ın əməkdaşı bir neçə aptekdə sorğu aparıb. Məlum olub ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.

Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur.

Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.

Qiyməti də ucuz olduğundan 50 ildən çoxdur, insanların əminliklə istifadə etdiyi vasitədir. Belə bir preparatın bu qədər müddətdir, ölkəyə gətirilməməsi, yaxud apteklərdə satışa buraxılmaması isə kifayət qədər diqqətçəkicidir.

Bu səbəbdən işin mahiyyətini öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, rəsmisi olduğu qurum ölkəyə dərman idxalı ilə məşğul olmur:

"Azərbaycana bütün dərman vasitələri sahibkarlar, farmaseptik firmalar və fiziki şəxslər tərəfindən gətirilir. Səhiyyə Nazirliyi ölkəyə dərman vasitələrinin gətirilməsi işi ilə məşğul olmur. Dövlət müəssisələrinə verilən həyati vacib dərman preparatları çatışmadıqda nazirlik olaraq sahibkarlardan tələb edə bilirik. Qliserin şamının niyə gətirilməməsi məsələsi həmin preparatı ölkəyə idxal edən sahibkara bağlı məsələdir. Amma ola bilməz ki, hansısa aptekdə bu şamdan qalmasın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam