Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir" -Sahib Kərimli Əli Kərimlini istefaya çağırdı

 

AXCP rəhbərlərindən biri olmuş Sahib Kərimli 8 aprel mitinqinin uğursuzluğuna görə keçmiş liderini suçlayıb.

Yenixeber.org:  Özünün Facebookdakı səhifəsində vəziyyəti təhlil edən Sahib Kərimli aşağıdakıları yazıb:

"Ölkədə ciddi narazılıqlar və idarəetmədə köklü dəyişikliklərə ehtiyac var. Mitinqin vaxtı ilə bağlı informasiya yüzminlərlə vətəndaşa çatmışdı. Cəmiyyətdən mitinqə dəstək gəlmədi, həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə cəmiyyət ciddi zədə aldı.

Təşkilat (AXCP) və onun işi zəifdir.
Liderin (Əli Kərimli) reytinqi aşağıdır, insanlar güvənmirlər.

AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar.

Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan.

Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi?

Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı?

Əli Kərimli kənddə böyüyüb, elə həmin kənddən onlarla adamı hakimiyyət onun evinin qarşısında söydürüb. Öz kəndçisini gedib Bakıda söyüb qayıdan qohum və həmkəndli geri dönüb həmin kənddə heç nə olmamış kimi yaşaya bilirsə, bunun başqa səbəblərini axtarmaq lazımdır.

AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur.

Buradan iddia edirəm ki, mən sadaladığım vətəndaş qruplarının hər birindən onlarla adamı ətrafımda birləşdirmişəm, istəsəniz bu məkanda onu ifadə edə bilərlər.

Əli bəy, istefa verin!"

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam