Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavatçılarla cəbhəçilər arasında DAVA -BİR-BİRİNİ TƏHQİR ETDİLƏR (FOTOLAR)

Müsavat Partiyasının bir qrup tanınmış üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovu xalqı aldatmaqda və zaman-zaman siyasi əqidələrini dəyişməkdə günahlandırıb.

Yenixeber.org: Məlumata görə, Müsavat Partiyasının üzvü Kərim Kərimli sosial şəbəkədə Əli Kərimli və Etibar Məmmədovun fotolarını paylaşaraq, onları hakimiyyətlə ittifaqa girməkdə təqsirləndirib:

“14 il bundan öncə Əli Kərimli Etibar Məmmədovu dəstəkləyib Azərbaycana ən böyük zərbəsini vurdu. Əli Kərimli, İsa Qəmbər prezident olmasın deyə Siyavuş Novruzovla da ittifaqa girər”.

Kərim Kərimlinin bu statusu Müsavat Partiyasının tanınmış Məclis üzvləri - Kəmalə Bəhlulova, Əbülfəz Səfərli və digər şəxslər tərəfindən şərh olunaraq, dəstəklənib. 

Müsavatçı fəalların Əli Kərimli və Etibar Məmmədov haqqında fikirləri AXCP üzvlərinin sərt etirazına səbəb olub. Nəticədə bir qrup AXCP fəalı İsa Qəmbəri təhqir edib, onu qorxaq adlandırıblar.

Daha sonra Müsavatçılarla AXCP üzvləri arasında “söz davası” qızışıb. Onlar bir-birlərini hakimiyyətə işləməkdə ittiham ediblər.(ölke)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam