Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Amerika tarixinin ən yaxşı sövdələşməsi -“Die Welt” yazır

alyaska

XIX əsrin göstəricilərinə görə amerikanların astronomik məbləğ xərcləmələrinə baxmayaraq, ABŞ-ın indiki prezidenti yəqin ki, bunu “çox yaxşı sövdələşmə” adlandırardı.

Yenixeber.org:   Söhbət 1867-ci ildəki nadir sövdələşmədən -“Rus Amerikası” adlanan Rusiya müstəmləkəsinin, indi isə Amerikanın ştatı olan Alyaskanın satın alınmasından gedir. Bu yarımadanın alınmasına ABŞ o zamankı büdcəsinin 2%-dən artığını – 7,2 milyon dollar sərf etmişdi.

Əgər həmin məbləğı bu günkü pula çevirsək, təxminən 15 milyard dollar edər. Onu da deyək ki, 15 milyard dollar 3,65 trilyonluq ABŞ büdcəsinin yalnız 0,4 %-nə uyğun gəlir.

Bu “yaxşı sövdələşmə”ni prezident Endryu Cekson hökumətinin ən nüfuzlu üzvü, o zamankı dövlət katibi Uliyam Syuard hazırlamışdı. 1865-ci ildə Avraam Linikolna qarşı həyata keçirilən ölümcül sui-qəsddən sonra hakimiyyətə gəlmiş ABŞ-ın 17-ci prezidenti Endryu Cekson bu sövdələşmənin bağlanmasına öz razılığını verdi.

Bu sərt iqlimli torpaqlar barəsində ilk dəfə rusiyalı Semyon Davıdov xəbər vermişdi. O, 1648-ci ildə Sibirin ən şərq ucunu gəmi ilə keçib Arktikaya tərəf gedərək, sübut etdi ki, Asiya ilə Amerika arasında dəniz var. Ən dar yerinin uzunluğu 82 kilometr olan indiki Berinq boğazının o biri tərəfində naməlum torpaq olduğu müəyyənləşdi. Yalnız 90 ildən sonra – 1732-ci ildə Alyaska torpağına ilk avropalının ayağı dəydi. Həmin bu avropalılar da ruslar idi. 1741-ci ildə ruslar Alyaskada ilk tədqiqatlarına başladılar. Tədqiqatçılar arasında Rusiya imperiyasına xidmət edən alman zooloqu Georq Vilhelm Şteller də vardı.

Rusiyanın bu ekspedisiyasından bir qədər sonra yeni torpaqlarda iqtisadi fəaliyyətlərə başlanıldı. İlk növbədə onlar xəz dərili heyvanların ovuna çıxdılar. Ümumiyyətlə isə ruslar yerli əhali – eskimosların müqaviməti ilə üzləşdilər. Amma rusiyalı sahibkar və səyyah Qriqori Şelixov bu müqaviməti çox amansızlıqla yatırdı və Alyaska ərazisində ilk rus məskənlərini qurdu.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Asiyadan Amerika qitəsinə keçməsi ilə 18-ci əsrin digər iki böyük dəniz dövləti razılaşmırdı. İspaniya Amerikanın bütün Sakit okean sahillərinə iddia edirdi, britaniyalılar isə Yeni Dünyanın (Amerikanın) şərq sahillərində Rusiya tərəfindən təhlükə hiss edirdi.

1776-cı ildən 1825-ci ilədək davam edən Şimali və Cənubi Amerikanın müstəqillik uğrundakı müharibələrindən sonra ingilislər əliboş qaldılar. Bu arada isə Rusiya Alyaskada özünün “Rusiya Amerikası” adlanan müstəmləkəsini qurdu.

Rusiya üçün uğursuzluqla nəticələnən Krım müharibəsindən sonra 1856-cı ildə çara təcili surətdə əlavə pullar lazım oldu. Artıq növbəti ildən Alyaskanın ABŞ tərəfindən satın alınması ilə bağlı qeyri-rəsmi danışıqlar gedirdi. 1861-1865-ci illərdə ABŞ–dakı vətəndaş müharibəsi bu sövdələşməni ikinci plana atdı. Lakin dövlət katibi Syuard bu ideyadan möhkəm yapışdı.

william-seward---secretary-of-state

Nəhayət, 1867-ci ilin mart ayında Rusiya səfiri Eduard Andreyeviç Styokle ilə danışıqlar başlandı. 30 mart tarixində düz səhər saat 4-də tərəflər razılaşdılar: ABŞ hər kvadrat kilometr əraziyə görə 4,74 dollar, ümumən isə 7,2 milyon dollar ödəməliydi.

Həmin dövrdə bu sövdələşmə ictimaiyyət tərəfindən kəskin tənqid atəşinə tutulmuşdu. Belə ki, ”New York Times” qəzeti əldə olunan torpaqları ”suyu sıxılmış portağal” adlandıraraq, onun yalnız hədiyyə kimi qəbul ediləcəyinin məntiqli olmasından yazırdı.

Sonralar “Syuardın axmaqlığı”, ”Syuardın soyuducusu” və ya “Consonun ayılar parkı” kimi epitetlər düşünüb tapılmışdı.

1867-ci ilin oktyabrında Rusiya çarının son nümayəndəsi kapitan Aleksey Peşurov “Rusiya Amerikası”nı rəsmi surətdə ABŞ-a təhvil verdi. İlk əvvəl bu ərazilərin idarəetməsini Amerika ordusu, sonra maliyyə nazirliyi və nəhayət isə ABŞ hərbi-dəniz gücləri öz əlinə aldı. 1884-cü ildə Alyaskanın öz mülki hökuməti yarandı. Alyaska 1959-cu ildə 49-cu ştat kimi rəsmi olaraq Amerika Birləşmiş Ştatlarına birləşdirilib.

History_Eisenhower_Proclaims

Bu gün Alyaska iqtisadi baxımdan ABŞ-ın ən uğurlu ştatlarından biridir. 2015-ci ildə onun Ümumi Daxili Məhsulu – adam başına düşən gəlirə görə 82 min dollara bərabər olub. Alyaska bu göstərici üzrə Nyu-York ştatını qabaqlayıb. Ümumiyyətlə isə ABŞ üzrə orta göstəricisi 56 min dollar həcmindədir. Belə bir rifahın praktik olaraq yeganə səbəbi Alyaskanın faydalı qazıntılarla zənginliyidir.

20-ci əsrin sonlarında elə güman edilirdi ki, təbii resurslar artıq tükənmək üzrədir. Amma tezliklə yeni və əvvəlkilərdən də daha böyük olan yataqlar aşkarlandı. Prezident Donald Tramp Arktikadakı faydalı qazıntıların işlənməsinə qoyulan qadağanı ləğv etməyi planlaşdırır. Məhz həmin qadağaya görə “Shell” konserni bu cür layihələrdən geri çəkilmək məcburiyyətində qalmışdı.

Görünür ki, ABŞ-ın indiki prezidenti özünün uzaq sələfi Endryu Çekson kimi bu cür “yaxşı sövdələşmə”lərdən maksimal şəkildə mənfəət götürmək istəyir.

(“Die Welt”-Almaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam