Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dollar niyə yenidən bahalaşır? -EKSPERT ŞƏRHİ

 

Martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu özünü dünənki rəsmi kursda və eləcə də bu gün hərracın nəticələrində göstərdi.

 

Yenixeber.org:   Bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov son 2 gündə valyuta bazarında dolların məzənnəsinin manata nisbətdə cüzi də olsa bahalaşdığını deyib:

 

“Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi məzənnəyə təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar”.

 

Ekspertin sözlərinə görə, aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək:

 

“Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir.

Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görünür ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar məzənnəsini formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam