Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Dollar ucuzlaşmaqda davam edir- Növbəti aylar üçün proqnoz...

 

Dollar ucuzlaşmaqda davam edir

 

Ekspertlər ilin sonuna yaxın dolların məzənnəsində bahalaşma olacağını desələr də, proseslər əksinə baş verdi.

Yenixeber.org: Belə ki, son günlər dolların məzənnəsində cüzi də olsa ucuzlaşma müşahidə edilir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, dolların məzənnəsinin 1.7006-dan 1.7002 manata düşməsini dollara tələbin azalması kimi qiymətləndirmək olmaz:

“Dollara tələbin kəskin azaldığını söyləmək doğru olmaz. Dollara tələb aylar üzrə dəyişir. Biz avqust ayında daha böyük tələb müşahidə etdik. Bu da həmin ayda istehsalat təcrübəsinin artması ilə bağlıdır. Həm xarici borc öhdəlikləri, həm də idxalın artması ilə bağlı dekabra doğru dollara tələbin artması gözlənilir. Lakin məzənnənin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır.

Dolların kəskin ucuzlaşacağını proqnozlaşdırmırıq

Dollar və manatın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Lakin tələbi proqnozlaşdırmaq mümkündür. Tələb hazırda olduqca yüksəkdir və dekabra doğru yenidən tələb yüksələcək. Necə dəyişəcəyi isə Məkəzi Bankın müdaxiləsindən asılıdır. Dolları bazara Dövlət Neft Fondu çıxarır. Bu isə o deməkdir ki, Dövlət Neft Fondunun hansı həcmdə dolları bazara çıxarmasından asılıdır. Dövlət Neft Fondunun hərraca çıxardığı dolların həcmində azalmalar olarsa, bu, manatın məzənnəsinə təsir göstərə bilər. İndiki halda məzənnənin deyil, tələbin dəyişməsini proqnozlaşdırmaq daha doğru olardı. Bizim proqnozumuz isə ondan ibarətdir ki, dekabra doğru dollara tələn yenidən yüksələ bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam