Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FED-in qərarı manatın məzənnəsinə necə təsir edəcək? -EKSPERTDƏN AÇIQLAMA

 

Azərbaycan valyuta bazarına bu qərar mənfi təsir göstərməyib, amma...


Yenixeber.org:   Martın 15-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası keçirilib. FED uçot dərəcəsini 0,25 % artırıb. Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb.


2016-cı il dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.


FED-in qərarları Azərbaycanda da hər zaman həssaslıqla izlənilir və bunun manata mümkün təsir variantları müzakirə olunur. 
Digər tərəfdən, “Bank of America” korporasiyasının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovski bildirib ki, Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir. Bankir qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən fiskal və pul-kredit siyasətindən aparılan korreksiya müəyyən formada uğurlu olub.


V. Osakovskinin sözlərinə görə, bank sektorundakı problemlər idarəolunan səviyyədədir: “Sərt pul-kredit siyasətinə baxmayaraq, manat möhkəmlənmək üçün böyük potensiala malikdir”.


Lakin yerli iqtisadçılar heç də belə düşünmürlər.


İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, FED-in uçot dərəcələrini dəyişdirməsinin manata təsiri kifayət qədər məhduddur: “Onu da nəzərə almaq lazımdır ki, dolayısı təsir neftin qiymətindən qaynaqlanır. Neft gəlirlərinin azalması ilə bu vəsaitlərin iqtisadiyyata inteqrasiyasının azalması da qısa müddətdə bazara öz təsirini göstərmir. Lakin psixoloji təsirləri var. Azərbaycan ictimaiyyəti xüsusilə son iki ildə FED-in uçot dərəcəsi ilə bağlı qərarlarını ciddi şəkildə və həyəcanla izləyir. Zaman-zaman biz qeyd edirik ki, bu qərarların Azərbaycan iqtisadiyyatına, manatın məzənnəsinə təsiri məhduddur. Digər bir məsələ isə ondan ibarətdir ki, valyuta bazarları FED-in uçot dərəcəsini artıracağı ilə bağlı 100 faizlik qənaətə gəldikləri üçün qiymətləndirməni əvvəlcədən həyata keçirmişdilər. İndi də çox təəccüblü bir hadisə baş verdi. FED uçot dərəcəsini artırdıqdan sonra ABŞ dolları ucuzlaşıb. Halbuki bahalaşmalı idi. Ancaq Yellenin açıqlamasından sonra uçot dərəcələrinin artırılması ilə bağlı ehtimallar artdığı üçün hazırda dolların ucuzlaşması müşahidə olunur. Həm də ötən dövr ərzində uçot dərəcələrinin artacağı proqnozu səbəbindən bazar dollara kifayət qədər doyduğu üçün bu gün dollar satışı ilə bağlı kütləvilik müşahidə olunmur. Faktiki olaraq Azərbaycan valyuta bazarına bu qərar mənfi təsir göstərməyib”.


ABŞ bankının iqtisadçı ekspertinin açıqlamasına gəlincə, Rəşad Həsənov qeyd etdi ki, məsələ heç də onun dediyi qədər sadə deyil: “Bu gün bir boğucu siyasət həyata keçirilir. Manat kütləsinin daralması, hansısa variantlarla idxalın həcminin azaldılması, dövlət vəsaitləri hesabına idxal məhsullarının alışına məhdudiyyət qoyulması, xaricə çıxarılan valyutalarla bağlı qadağaların günü-gündən sərtləşdirilməsi, bank əməliyyatlarında, nağdlaşdırmada, bu kimi məsələlərdə məhdudiyyətlər, büdcə xərcləmələrinin azaldılması və sair bu kimi yollarla hökumət bazarda şok effektlərin qarşısını almağa çalışır. Ancaq bu doğru yanaşma deyil. Uzunmüddətli dövrdə də heç bir halda effektiv ola bilməz. Təbii ki, qısamüddətli dövrdə bu gün bizim müşahidə etdiyimiz kimi, bazarda tələbin məhdudlaşması nəticəsində sanki manat möhkəmlənirmiş kimi bir görüntünün yaranması ABŞ ekspertlərini bu qənaətə gəlməyə sövq edib. Ancaq hökumət bu prosesi uzun müddət davam etdirərsə, nəticədə real sektorun zəifləməsinə gətirib çıxaracaq. Bu da yenidən manatın üzərində təzyiq formalaşdıracaq. İqtisadiyyat manatın arxasında dura bilməyəcək. Bu baxımdan, hökumət üçün ən gözəl variant pul kütləsinin genişləndirilməsi siyasətidir. İqtisadiyyatda təşviqedici siyasət həyata keçirmək, alıcılıq gücünü artırmaq lazımdır. Azərbaycanda istehlak tamamilə yerli istehsala yönəlib, ixrac yoxdur. Belə bir şəraitdə hökumət genişləndirici pul siyasətini həyata keçirməlidir. Bu cür boğucu siyasət iqtisadiyyatı daha da zəiflədəcək. Manatın orta və uzunmüddətli dövrdə möhkəmlənmə ehtimalı yoxdur. Yalnız hər hansı fors-major hal baş verərsə, neftin qiyməti 20-30 dollar bahalaşarsa, o zaman biz manatın möhkəmlənməsini şərtləndirən bazar şərtlərindən danışa bilərik”.


İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, FED, gözlənildiyi kimi, uçot dərəcəsini 0,25% artırdı və bunu maliyyə bazarları öncədən artıq ehtimal edib qiymətlərə daxil etmişdilər: “Əsas məsələ FED-in 2017-ci ildə 3, və ya 4 dəfə faiz artıracağı məsələsi idi. FED rəhbəri 3 dəfə faiz artacağını söylədi, bu, maliyyə bazarlarına pozitiv siqnal oldu, dollar hətta azacıq ucuzlaşdı. Amma gəlin reallığa baxaq, 2017-ci ilin sonuna uçot dərəcəsi 1,5% olacaq. 2016-nın dekabrında 0,50% idi, deməli, bu il 1% artım olacaq. Yaxın 2 ildə uçot dərəcəsini FED 3%-ə qədər artıracaq. Deməli, dünən gecə birjaların qısamüddətli və emosional reaksiyası qalıcı və dayanıqlı deyil. FED-in qərarları Azərbaycana birbaşa təsir etmir, çünki bizdə primitiv resurs modelidir, bazar alətləri və institutları yoxdur, dövlət nəzarətli məmur ”kapitalizmi" hökm sürür. Yəni qiymətli kağızlar bazarı, birja yoxdur. Ölkəmizə FED-in dolayı təsiri var və olacaq. Birincisi, dünyada dollar bahalaşanda bizdə də bu proses gedəcək. İkincisi, baha dollar ucuz əmtəə deməkdir ki, neftin bahalaşması xəyalı da bu qərarla puça çıxacaq. Manata basqılar artacaq, dollar bizdə daha da bahalaşacaq".

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam