Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İran rəsmisi:"Ermənistanın Arazı çirkləndirməsi təsdiqini tapıb"

İranın Enerji Nazirliyinin Su Sənayesi Təşkilatının sözçüsü Firuz Qasımzadə diqqət çəkən açıqlamalar verib.
Yenixeber.org: O, İLNA-ya müsahibəsində Araz çayının Ermənistanın sənaye tullantıları ilə çirklənməsi və bunun çaya yaxın əyalətlərə mənfi təsiri haqda danışıb: “Bu problem uzun illərə dayanır və İran təxminən 10 il əvvəl Ermənistanla ciddi danışıqlar aparıb. İndi məsələ Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən araşdırılır”.
O, qeyd edib ki, aparılan araşdırmalara görə, çayı çirkləndirən bəzi mədənlər müəyyən edilərək İranın Energetika Nazirliyi tərəfindən onlara baxış keçirilməsi üçün müraciət olunub. Məsələyə artıq Ermənistan Prokurorluğu və Ekologiya Təşkilatı tərəfindən də baxılır.
“İndi məsələ ciddi araşdırılır və Ətraf Mühitin Mühafizəsi Təşkilatı da problemin həlli üçün erməni tərəfi ilə danışıqlar aparır. Ermənistan hökuməti də əmin edib ki, buna mütləq nəzarət olunacaq və əgər hər hansı belə hallar varsa, müəyyən edilib qarşısı alınacaq”,- məmur deyib.
Xatırladaq ki, bir neçə gün öncə Ərdəbil Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru, doktor Məhəmməd Cəfərzadə diqqət çəkən açıqlamalar vermişdi. O, müsahibəsində Ərdəbilin əyalətlər arasında mədə xərçənginə görə birinci yerdə olduğunu deyib. Amma Cəfərzadə bu əyalətdə mədə xərçənginin geniş yayılmasının səbəblərini qeyd etməyib. Bəzi İran saytları isə bunu İrəvanın ekoterroru ilə əlaqələndirmişdi. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının tullantı sularının Araz çayına axıdılması nəticədə çayın suyunun çirkləndiyini yazıb. Çirklənmiş sularla əkin sahələrinin suvarılması Araz çayının cənub sahillərindəki bölgələrdə xərçəng xəstəliyinin yayılmasına səbəb olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam