Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İşdən çıxarılan bələdçinin ürəyi partladı

 

      "xeberinfo.com": İşdən çıxarılmış bələdçi Həşim Rəsulov rəisin otağında ürəyi partlayıb. Hadisə dünən baş verib. Olay haqda məlumatı dünyasını dəyişmiş bələdçinin iş yoldaşları verib.

    Onların sözlərinə görə, işdən çıxarılan “Azərbaycan Dəmir Yolları” QSC-nin bələdçiləri mayın 8-də Prezident Administrasiyası önündə aksiya keçiriblər. Onlara PA-dan əvvəlki kimi vəd veriblər. Bundan sonra bələdçiləri Həmkarlar İttifaqının qarşısına gediblər. 

   30 ildən çoxdur qatar bələdçisi işləyən Həşim Rəsulov həmkarlarıyla sonuncu ünvana – Həmkarlar İttifaqına getməyib. O, birbaşa  Bakı vaqon deposunun rəisi Rəhman Əbişovun qəbuluna yollanıb.

“Həşim Rəsulov bizdən ayrılanda özünün narahat olduğunu dedi. Söylədi ki, Rəhman Əbişovun qəbuluna gedir, qanunsuz işdən çıxarılmayla bağlı onunla görüşmək istəyir. İndi bizə dedilər ki, Həşim Rəsulovu qəbul zamanı əsəbləşdiriblər. Halı pisləşib, elə idarədə dünyasını dəyişib”, - deyə bələdçilər bildirirlər.

Bələdçilərin dediklərinə görə, Həşim Rəsulov işdən haqsız yerə çıxarıldığı üçün etiraz edib: “Bizim haqqımızı yeyiblər. Buna görə də dəfələrlə etiraz etmişik. Bir çox dövlət orqanlarına müraciət etmişik. Sonuncu ümid olaraq, məhkəməyə də müraciət etdik. Bundan sonra bizə qarşı təzyiqlər başladı. Bələdçiləri yavaş-yavaş, müxtəlif bəhanələrlə haqsız yerə işdən çıxarmağa başladılar. Həşim də onlardan biri idi. O, işdən çıxarıldıqdan sonra bir neçə dəfə şikayət etdi.  Dəfələrlə xahiş etdi ki, onu işə geri qaytarsınlar. Onun ailəsinin vəziyyəti çox pisdir. Buna məhəl qoyan olmadı. Onu qapıdan qovdular. Bu gün Həşim Rəsulov yenə də Rəhman Əbişovun qəbulunda olub. Bu zaman nə baş verdiyini bilmirik. Amma onu bilirik ki, aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində o dünyasını dəyişib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam