Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aksiya edən bələdçilərə 2 dəfədən artıq maaş veriləcək

 

 

Bu gün Azərbaycan Dəmir Yolları QSC nin kişi bələdçiləri etiraz aksiyası keçirib. 


"xeberinfo.com": Qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq beynəlxalq xətlərə qadın bələdçilərinin yerləşdirilməsidir. Beynəlxalq qatarlardan çıxarılan kişi bələdçilər isə yerli rayonlar arası qatarlara yerləşdirilib. Bələdçilər isə bu işdə işləməkdən imtina edirlər. Onların sözlərinə görə burada əmək haqqı çox aşağıdır.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov hadisə yerinə gəlib. Onun etirazçılarla söhbətindən belə başa düşdük ki, kişi bələdçilərin beynəlxalq qatar reyslərindən çıxarılmasına səbəb heç də qadınlara olan xoş münasibət deyil. Sadəcə olaraq kişi bələdçiləri xarici dil bilmə səviyyələri o qədər də yaxşı olmadığından rəhbərlik bu qərarı vermək məcburiyyətində qalıb. 

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşınma departamentinin rəisi Elyar Muradov isə vəzifəsindən kənarlaşdırılan hər bir bələdçinin yeni işlə təmin olacağını və onlara beynəlxalq qatarlarda verilən məvacibdən tam 2 dəfə artıq maaş veriləcəyini bildirdi. 

Departament rəisi onu da bildirdi ki, eyni vaqonda qadın və kişi bələdçi birgə fəaliyyət göstərə bilməz. Əgər vaqonlarda qadın bələdçilər fəaliyyət göstərirsə, həmin qatarın rəisi də qadın olmalıdır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam