Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dəmiryolçular Arif Əsgərovu ifşa etdi

 

 

    "xeberinfo.com": “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup bələdçisi Prezident Administrasiyası (PA) önünə toplaşaraq MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmalarına, yerlərinə qadın bələdçilərin yerləşdirilmələrinə, vaqonları öz hesablarına təmir etmələrinə etiraz etdilər.

 

“Vaqonları öz cibimizə təmir etdirirdik”

 

     Təranə Hümbətova bildirib ki, bələdçilərin bir qismi maaş azlığından, bir qismi məcbur edilərək işdən çıxarılıb: “Qatarların daha bərbad vəziyyətləri olan zamanlarda, cibimizin pulu ilə vaqonları təmir etdirmişik. Bütün hüquqlarımız tapdalanır, maaşlarımız verilmir, sərnişinlərin tələbatlarını öz cibimizdən qarşılayırıq, adicə tualet kağızını belə özümüz alırıq. Təlimatda isə göstərilib ki, bunları idarə qarşılamalıdır. Yeni qatarlarda çalışanlara 400-500, bizə isə 150-170 manat maaş verirlər. Bizim hesabımıza özlərinə mülk alırlar. Ziya Məmmədov oğluna ada almaq üçün xərclədiyi 41 milyonun heç olmasa beş faizini bizim ev problemlərimizin həlli üçün xərcləyərdi”.

    Başqa bir şikayətçi Adil Balaxanovun sözlərinə görə, onu işdən çıxmağa məcbur ediblər. “Mənim 38 illik iş stajım var. Bunun 35 ilini ancaq  “Azərbaycan Dəmir Yolları”nın sərnişin xidmətində bələdçi işləmişəm. Halal zəhmətimlə çalışmışam. Bir il öncə Kiyev qatarı bağlananda narazılığımızı bildirdik. Etirazçılar arasında ən çox mən fəallıq göstərdim. Buna görə də ərizə yazıb işdən çıxmağımı tələb etdilər. Dedilər ki, ya ərizə yazıb işdən çıxmalıyam, ya da hər hansı bir yolla şərləyəcəksən. Öz haqqımı tələb etmişəm, zəhmətimin qarşılığını istəmişəm. İşə başlayanda bizimlə müqavilə bağlanmayıb, ancaq işdən çıxarılanda heç vaxt görmədiyim müqavilə verdilər. Guya müqaviləmiz olub. Hamı bilir ki, bir vaqonun təmir edilməsi 1500-2000 dollara başa gəlirdi. Bu pulları bizdən tələb edirdilər, mən o pulu borc tapıb verirdim ki, işimdən olmayım”.

 

Prezident Administrasiyasına şikayət etmək vətən xaini olmaq deməkdir?

 

     Bələdçi Cavanşir Qafarovun isə üz tutmadıqları dövlət qurumu qalmadığını deyir: “Ən sonda Prezident Administrasiyasına gəlib dərdimizi söylədik. Oradan bizə bildirdilər ki, sizin şikayətinizə Arif Əsgərovun müavini Əlirza Süleymanov baxacaq. Biz ümid edirdik ki, problemimiz həll ediləcəl. İdarədə isə əksiylə üzləşdik. Əlirza Süleymanov mənə dedi ki, sən xalq düşmənisən, dövlət xainisən, sən niyə Prezident Administrasiyasına getmisən. Mən başa düşmürəm Prezident Administrasiyasına getmək, şikayət etmək vətən xaini olmaq deməkdir? Bunu anlaya bilmirik. Bir idarədə deyirlər gedin sizin probleminiz həll olunacaq. Üz tutduğumuz yerdə isə bizə düşmən gözylə baxırlar”.

Cavanşir Qafarov onu da bildirdi ki, xarici ölkələrə səfər zamanı qanunla nəzərdə tutulan məbləği ödəmirlər: “İdarənin hər bir bələdçiyə min manatdan çox borcu var. Sənədlərdə elə göstərirlər ki, guya hər şey qaydasındadır. Üç ayn öncə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik. Şikayət məktubumuzda hər şeyi yazdıq, faktları göstərdik. Bunun da heç bir xeyri olmadı”.

Qarabağ qazisi Bəhram Əliyev pulunu ala bilmədiyi üçün mənzilinin kommunal problemlərini həll edə bilməyib. YAP-ın üzvü olan B.Əliyev əmək haqqının bazar qiymətlərinə uyğunlaşdırılmasını tələb edir: “Kommunal xərclərimizi ödəyə bilmirik, 692 manat işıq pulunu ödəyə bilmirəm. Çünki doqquz aylıq məvacibim 432 manat hesablanıb”.

 

“Azərbaycan Dəmir Yolları” bələdçiləri təkzib edir

 

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov mətbuata açıqlamasında idarənin heç kimə borcu olmadığını söyləyib.

“Bələdçilərin irəli sürdükləri iddialar əsassızdır. Biz onların vaxtı-vaxtında əmək haqlarını ödəmişik və heç kimə borcumuz yoxdur”,- deyə Elyar Muradov bildirib. O, bələdçilərin “vaqonları öz hesablarımıza təmir etmişik” iddiasını yalan adlandırıb: “Heç kəs onlardan pul ala bilməz, bu iddialar yalandan başqa heç bir şey deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam