Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qonşu ölkədə fövqəladə vəziyyət rejimi başa çatdı

 

Bu gündən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddəti başa çatıb.

Yenixeber.org: Ölkədə komendant saatının tətbiqi də aradan qaldırılıb.

Buna baxmayaraq, bir sıra məhdudiyyət və qadağalar qüvvədə saxlanılacaq.

Qonşu ölkədə restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

Bununla yanaşı, Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, qonşu ölkədə martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti ilk öncə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam