Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ağ Ev: ABŞ-da pandemiya səbəbindən 200 minədək insan ölə bilər

 

ABŞ-da yeni koronavirusun səbəb olduğu pandemiyaya görə 100-200 minə qədər insan ölə bilər.

Yenixeber.org: Belə proqnozla Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks çıxış edib.

"Biz hardasa 100-200 min arası ölüm gözləyirik", - deyə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib. Birks əlavə edib ki, proqnozlarında Nyu-York ştatının hakimiyyətindən alınmış bir çox məlumatlara əsaslanır.

Çərşənbə axşamı Nyu-Yorkun qubernatoru Endrü Kuomo bildirib ki, ştatda koronavirusa yoluxanların sayı 75,7 min nəfərə çatıb, 1 550 insan pandemiyadan ölüb. 

Qeyd edək ki, ABŞ-da koronavirusdan bir gün ərzində 700-dən çox insan ölüb. Bununla da ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 3 774 nəfərə çatıb.

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 36 405, yoluxanların sayı 750 890 nəfərdir.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam