Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYINDA REKORD ARTIM -Son 24 saatın statistikası

 

Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb. “Report”un "Habertürk"ə istinadən verdiyi məlumata görə, ölü sayı bu müddət ərzində 2 378 nəfər artaraq 21 292-yə çatıb.

Yenixeber.org: Eyni zamanda xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 min artaraq 472 minə çatıb.

İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalananları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.

İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspanya Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.

Fransada ölü sayı 1100 nəfərə qədər artıb. 

İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

İngiltərədə isə virus səbəbindən 465 nəfər ölüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.

ABŞ-da ölü sayı 1000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.

Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam