Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ana və azyaşlı oğlunun ölümü ilə bağlı cinayət işi açıldı -RƏSMİ

 
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Yenixeber.org: Fevralın 22-də saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam