Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

II İlya:“Gürcüstan xalqı müsbət dəyişikliklər gözləyir”

“Müxtəlif qüvvələr təsir əldə etmək və öz ideologiyasını yeritməyə çalışır. Xalq isə müsbət dəyişikliklər gözləyir”.

Yenixeber.org:   Bunu Gürcüstan patriarxı II İlya ölkənin yeni baş naziri Giorgi Qaxariaya ünvanladığı məktubda bildirib.

Patriarx G.Qaxarianı baş nazir vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

II İlya qeyd edib ki, müstəqillik əldə olunandan sonra Gürcüstanda gərgin siyasi proseslər səngimək bilmir: “Təəssüflər olsun ki, bu vaxt ərzində əhalinin ən əsas problemlərini həll etmək, sosial durumu yaxşılaşdırmaq, milli dəyərləri önə çəkmək, milləti birləşdirmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olmayıb”.

Gürcüstan patriarxı yeni baş nazir və hökumətin səylərinin bu vacib problemlərin aradan qaldırılmasına yönələcəyinə ümidvar olduğunu vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam