Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünya əhalisinin sayı 10 milyardı keçəcək-2055-ci ilə qədər

 

2055-ci ilə qədər dünya əhalisinin sayı 10 milyardı keçəcək

Hər il 11 İyul "Dünya Əhali Günü" kimi qeyd olunur.

Yenixeber.org: 2 min əvvəl 300 min olan dünya əhalisi hazırda 7,71 milyarda çatıb.

Dünya əhalisinin 2055-ci ilə qədər 10 milyarda, əsrin sonuna qədər  isə 11,2 milyarda çatacağı təxmin edilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmlərə görə, hazırda dünya əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 52 nəfərdir.

BMT bildirir ki, dün ya əhalisinin sayıs ürətlə artsa da, əhali sayı kəskin şəkildə azalan ölkələr də var. Bu ölkələrdən 10-u Şərqi Avropada yerləşir. Bolqarıstan, Latviya və Moldova ilk sıralarda yer tutur.

Dünyada ən çox əhali Asiyadadır. Ən çox insanın yaşadığı qitə olan Asiya dünya əhalisinin 60%-ni özündə birləşdirir. Digər  15% Afrikada, 10% Avropada, 8% Latın Amerikası və Kariblərdə, qalan hissəsi isə Şimali Amerika və Okeaniyada yaşayır. Əhalisinin sayına görə Çin 1,42 milyard nəfərlə 1-ci,  Hindistan 1,37 milyard nəfərlə 2-ci yeri tutur. Ancaq dörd il sonra Hindistanın bu siyahıda 1-ci sırada olacağı gözlənilir. 

Ən az insan sıxlığı olan ölkə isə Monqolustandır. Burada  - 1 milyon 564 min 116 kvadrat kilometr ərazidə cəmi 3 milyon insan yaşayır. 38 milyon əhalisi olan Tokio şəhəri isə insan sayına görə dünyanın ən sıx şəhəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam