Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Vladimir Putin: "Türkiyə ilə əlaqələr strateji səviyyəyə yüksəlib"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Moskva ilə Ankara arasında əlaqələr strateji səviyyəyə yüksəlib.

Yenixeber.org: Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Məhmət Samsarın etimadnaməsini qəbul edən Rusiyanın dövlət başçısı deyib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayır.

Vladimir Putin əlavə edib: “Qonşumuz Türkiyə ilə tərəfdaşlığımız strateji səviyyəyə yüksəlib. Mən Prezident Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayıram. Apreldə Moskvada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası da uğurlu oldu”.

Vladimir Putin Akkuyu atom elektrik stansiyası və “Türk axını” təbii qaz layihələrinin həyata keçirilməsini hər iki tərəf üçün böyük və əhəmiyyətli iqtisadi addımlar adlandırıb. “Bizim bir çox maraqlı layihələrimiz və birgə təşəbbüslərimiz mövcuddur. Rusiya və Türkiyənin Suriyada vəziyyətin normallaşması və sülh prosesinin başlanması istiqamətində əlaqələndirilmiş səyləri beynəlxalq sabitliyin mühüm amilidir”, -deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

2020-ci ildə Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin 100 illiyi tamam olur. Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam