Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putin Zelenski ilə necə əlaqə quracaq? –Peskov açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın yeni lideri Vladimir Zelenskinin bəyanatlarını və hərəkətlərini nəzərə alıb Rusiya-Ukrayna münasibətlərinin xəttini quracaq.

Yenixeber.org: Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezident Rusiya dövlətinin xarici siyasətini müəyyən edən şəxs kimi Ukrayna barəsində də siyasət vektoru müəyyən edir. Dmitri Peskov qeyd edib ki, məhz Ukraynanın yeni rəhbərinin konkret bəyanatları və hərəkətlərə əsasən ünsiyyətin forması müəyyənləşəcək.

Peskovun fikrincə, Putinin Zelenski ilə danışıqlarının perspektivləri haqqında nəticələr yalnız qarşı tərəfin ilk formulundan sonra bəlli olacaq: “Ukraynanın yeni seçilmiş prezidentinin Rusiya-Ukrayna münasibətlərinə yanaşmasında çoxlu ağ nöqtələr var”.

Putinin sözçüsü onu da qeyd edib ki, hələ Kreml Ukraynada saxlanılan ruslar, o cümlədən “RİA Novosti Ukrayna” informasiya agentliyinin baş redaktoru Kirill Vışinski ilə bağlı məsələdə Zelenskinin mövqeyini bilmir.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam