Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sürüşmə zonasındakı vəziyyətlə bağlı SON MƏLUMAT -YENİLƏNDİ

 

Sürüşmə zonasındakı vəziyyətlə bağlı SON MƏLUMAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar sürüşmə zonasında müşahidələr və monitorinqləri davam etdirirlər.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmanın saat 15:00-a olan nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.

*****

12:45

Badamdar qəsəbəsində sürüşmə ərazisində aparılan müşahidələrlə bağlı növbəti məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

“Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb”.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam