Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Alimlərimiz Nobel mükafatı alacaq

 

Lazımi elmi şərait yaradılarsa, azərbaycanlı alimlər də gələcəkdə Nobel mükafatı ala biləcəklər.

 

"Xeberinfo.com":Bunu bu gün Bakı Elm Festivalının açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

 

Onun sözlərinə görə, bu vaxta kimi 2 milyardlıq müsəlman dünyasından yalnız 2 nəfər Nobel mükafatı ala bilib. Onlardan biri misirli, digəri isə pakistanlıdır. Onların da biri ABŞ-da, digəri isə Böyük Britaniyadakı fəaliyyətlərinə görə bu mükafata layiq görülüblər: "Elmi mühit yaradılarsa, müsəlman aləmindən də Nobel mükafatı alanların sayı çox olar. Əgər tələbələrimizə elmi şərait yaradılarsa, onlar da gələcəkdə Nobel mükafatı ala bilərlər. Bunun üçün Azərbaycanın elmi potensialı böyükdür".

 

A.Məhərrəmov deyib ki, bu gün keçirilən Bakı Elm Festivalının da əsas məqsədi gəncləri elmə cəlb etməkdir.

 

BDU rektorunun fikrincə, cəmiyyətin tələbinə cavab verən mütəxəssis kimi yetişməsi üçün tələbələr elmi laboratoriyalarda işləməlidirlər: "Dünyada elmə qoyulan xərc 2-3 il ərzində 2-3 dəfə artıq gəlir gətirir. Ancaq təhsilə qoyulan xərc daha gec gəlir gətirir, bəzən də gəlir gətirmir. Tutaq ki, bu gün fizika mütəxəssisi yetişdiririk, ancaq həmin mütəxəssis istehsala gedəndə görür ki, innovativ və təhsil fənləri arasında inteqrasiya əsas rol oynayır. Ona görə də bu gün dünyada tələbələrin auditoriya dərslərinin sayının azaldılması prosesi gedir. Dünya təcrübəsi göstərir ki, tələbə auditoriyada, tədris laboratoriyasında yox, elmi laboratoriyada işləyərsə, cəmiyyətin tələbinə cavab verən mütəxəssis kimi yetişə bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam