Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Menbiçlə bağlı xəbərlər yalandır –Ankara

Menbiçlə bağlı xəbərlər yalandır – Ankara
Türkiyə Xarici İşlər Nazirliyi YPG/PKK terrorçularının Menbiçi tərk etmələrinə dair yayılan xəbərlərin yalan olduğunu və şişirdildiyini deyib.
 Yenixeber.org: Anadolu agentliyi xəbər verir ki, Türkiyə XİN-dəki mənbələr Menbiçin terrorçulardan hələ təmizləndiyini və bu məsələnin bir qədər vaxt aparacağını vurğulayıblar. Bildiriblər ki, türk və amerikalı hərbçilərin həyata keçirdikləri patrul istiqamətlərindəki nəzarət məntəqələrindən YPG/PKKterrorçularının çəkilməsi və birgə patrul hazırlığı üçün işlər davam edir.

“Dolayısilə, indiki mərhələdə YPG/PKK-nın Menbiçdən tamamilə çəkildiyi barədə xəbərlər həqiqəti əks etdirmir.” – deyə Anadolu agentliyi Türkiyə XİN-dəki mənbəsindən sitat gətirib.

Qeyd edək ki, "Reuters" agentliyi YPG/PKK terror qruplaşmasının bütün üzvlərinin bu gün Suriyanın Menbiç şəhərini tamamilə tərk etməsi barədə məlumat yayıb. Qeyd olunub ki, terror təşkilatının üzvləri Ankara və Vaşinqton arasında əldə olunan razılaşma əsasında şəhərdən çıxıblar və Menbiçə nəzarət türk və amerikalı hərbçilərin əlinə keçib.



Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.

Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçirilib. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.

Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam