Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu yeni layihənin icrasına başlayır

 

Yenixeber.org: “İnsan Hüquqları XXI əsr– Azərbaycan” Fondu müharibədə itkin düşmüş şəxslərin Bakıda yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin icrasına başlanıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, dövlətimizin bu sahədə apardığı siyasətə ictimai dəstək vermək və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdir. Layihə çərçivəsində ümumilikdə 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə psixoloji yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə yaradılacaq "Etimad xətti" vasitəsilə onların problemləri daha dərindən araşdırılacaq.

Qeyd edək ki, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu 2011, 2012 və 2013, 2014-cü illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Bakı şəhərinin rayonlarında yaşayan müharibədə itkin düşmüş şəxslərin ailələrinin hüquqi, psixo-sosial çətinliklərinin azaldılması məqsədi əməkdaşlıq etmiş, həmçinin bu məqsədlə “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam