Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müdafiə Nazirliyində kadr dəyişikliyi

 

     Zakir Həsənovun əmrilə Hüquq və Təşkilat Səfərbərlik İdarələrinə yeni rəis, Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və nazirliyin aparat rəhbəri təyin edilib

    "xeberinfo.com":Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyevi vəzifəsindən azad edərək sərəncama göndərib. 

    Məlumata görə, bu barədə nazirliyin "facebook" səhifəsində məlumat verilib. Onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyev təyin edilib. A.Əliyev DİN DQ-dən yaşa görə ehtiyata tərxis edilib.

   Zakir Həsənovun daha bir əmrilə polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə rəis təyin edilib. Polkovnik Hikmət Xalıqovdan əvvəl bu vəzifədə general leytenant Yaşar Aydəmirov xidmət edib.

   Müdafiə nazirinin digər bir əmri ilə polkovnik Zahid Hüseynov Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı təyin edilib. Polkovnik Z.Hüseynovdan əvvəl bu vəzifədə general mayor Rafiq Hüseynov xidmət edib. Polkovnik Tahir Xalıqovi sə Müdafiə Nazirliyinin aparat rəhbəri təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam