Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məleykə Abbaszadə abituriyent və valideynlərə tövsiyələr verib

 

 “Qanunu bilməmək və ya anlamamaq o demək deyil ki, siz o qanunu poza bilərsiniz”


Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, valideynlərə və abituriyentlərə məsləhət görüb ki, qəbul qaydaları ilə tanış olsunlar: “Dövlət İmtahan Mərkəzinin saytında, "Abituriyent" jurnalında, "Yaddaş kitabçası"nda çox sadə dillə hər şey yazılıb. Oradakı öhdəlikləri abituriyentlər öz üzərinə götürürsə, ona imtahanda normal şərait olacaq və imtahan nəticələri qısa müddətdə yoxlanılıb təqdim olunacaq”.
Məleykə Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi maarifləndirmə işinə kifayət qədər vaxt sərf edir: "Təəssüf ki, sonra bir o qədər vaxt da imtahanlarda aşkarlanan qanun pozuntularına sərf edilir. Halbuki bu belə olmamalıdır”.
Sədr qeyd edib ki, IX sinif buraxılış imthanlarında 100 mindən çox şəxs imtahan vermişdi, amma onların 50 faizi nəticələrinin qrafik təsvirinə baxıb: “Qrafik təsvirə baxmaq bütün imtahanlarda, xüsusən də buraxılış imtahanlarında çox vacibdir. Valideynlər özləri də o təsvirlərə baxmalıdırlar, onlar uşaqların imtahana nə qədər hazır olduğunu bu qrafiklərə baxaraq müəyyən edə bilərlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam