Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AĞCABƏDI XƏSTƏXANASINDA NƏ BAŞ VERIR?! - HƏRBIÇILƏRI 12 MINƏ ƏLILIYƏ ÇIXARAN FEVZI TAHIROV ŞƏRIKINI DÖYÜB XƏSTƏXANALIQ ETDI-ŞOK FAKTLAR

 

 

Ağcabədi rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatlarında rayon camaatını bəxti gətirməyib. Son 5 ildə 3 baş həkim dəyişən xəstəxanada problemlər və özbaşınalıqlar höküm sürməkdədir.

Yenixeber.org: TƏBİBƏ verilərək həm adı, həm də rəhbəri dəyişən başıbəlalı xəstəxananın yeni adı, Ağcabədi rayon xəstəxanasında Publik Hüquqi Şəxs edilib. Direktor da Tahirov Fövzi Tahir oğlu təyin edilib.

Publik hüquqi şəxs haqqında qısa arayış:

2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 29 dekabr 2015-ci il də fərman imzalayıb.

Məlumatlı mənbə bildirir ki, Tahirov Föyzi Tahir oğlu direktor olmaqla yanaşı əlilik və pensiyə işlərinə də yarıyır.

Belə ki, Ağcabədi rayon Mərkəzi xəstəxananın Publik Hüquqi Şəxsləri mərkəzinin direktoru Fövzi Tahirov, ailəsi ilə yanaşı yüzlərlə adamı əlil edib, pensiyçı düzəldib. 

İddiaya görə, Fövzi Tahirov bu işə uzun illər öncə başlayaraq yüzlərlə sağlam insanları əlililiyə çıxarıb. Fövzi Tahirovun yüksəlişi də elə oradan başlandığı deyilir.

İşgüzar həkim ailəsi ilə yanaşı hərbiçiləri və əlil olmaq istəyən hər kim varsa külli-miqdarda pul almaq hesabına pensiyaçı edə bilib. Fövzi Tahirov "pensiya işi"ndən əldə etdiyi qazanc sayəsinidə 888 nömrəsində iki bahalı maşın, Bakıda isə bir ev alıb.

Bildirilir ki, Fövzi Tahirov hərbiçilər üçün 12 min, yerli sakinlər üçün isə 5-6 min pul müqabilində iş görüb. Bu əlilik işinədə ona "klent" tapan şəxslərdə oub. Həmin şəxslərdən biri ilə Fövzi Tahirovun pul söhbəti düşdüyü üçün onu döyüb. Fövzi Tahirov Ağcabədi rayon Ovşar kənd sakinini döyərək ağır xəsarətlər yetirib, iş isə rayon prokurorluğuda baxılır söhbəti yerli sakinlərin dilində əzbərə çevrilib. Deyilənlərə görə Fövzi Tahirov döydüyü adamı ələ alıb, şikayətini geri götüzdürməyə çalışır.

Onuda qeyd edək ki, əldə edilən məlumata görə Fövzi Tahirovun "pensiya işi" əməliyyatı paytaxta qədər uzanıb. Onlarla şəxs Fövzi Tahirovdan haqqın tələb etmək üçün şikayətçi düşüb. Deyilənlər təstiqini taparsa  Fövzi Tahirovun həbs edilməsi elədə uzaqda deyil. 

MillətinSəsi.info

P.S. Məsələ ilə bağlı adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam