Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

800-dən çox müəllim imtahan verəcək

 

800-dən çox müəllim imtahan verəcək

Dekabrın 8-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma setifikatları təqdim olunacaq.

Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam