Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İlansancma zamanı ilk tibbi yardım

 İlansancması yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir

Yenixeber.org: Həkim və mütəxəssislərin bəzi məsləhətlərini nəzərə çatdırır.
İlansancması üçün xarakterik əlamət bundan ibarətdir: sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, zədələnən nahiyənin keyiməsi müşahidə olunur. Əsaslı tibbi baxışa qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün əvvəlcə ilan sancan adamı sakitləşdirmək, qorxu və həyəcan hissini aradan qaldırmaq lazımdır. Sonra onu uzadaraq rahat şərait yaradılmalıdır. Əl altında olan materiallardan istifadə edərək yara nahiyəsinə şina qoyulmalıdır. Bundan sonra yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır. Sorma üsulu ilə zəhərin 20 faizini xaric etmək mümkündür. Zəhərin sorulması üçün iki əsas şərt tələb olunur: ilan sancandan sonra yalnız ilk 5-10 dəqiqə ərzində zəhəri sormaq mümkündür və bu zaman ağız boşluğunda yara, sıyrıntı, çürük və kariyes dişlər olmamalıdır.
Yara üzərinə xörək duzu məhlulu ilə isladılan, olmasa, təmiz quru sarğı qoyulmalıdır.
Yaddan çıxarmaq olmaz ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam