Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

Ramiz Mehdiyev “Broker Əbülfəz”in sonunu gətirdi:gömrükdə dilənçilik...

 

Ramiz Mehdiyev “Broker Əbülfəz”in sonunu gətirdi: gömrükdə dilənçilik...
Yenixeber.org: Çox güman yaxın günlərdə Dövlət Gömrük Komitəsi ayrıca bir orqan kimi ləğv ediləcək

Departament kimi Vergilər Nazirliyinə birləşdiriləcək. 

İnstitusional olaraq doğru olan da budur. Amma bundan sonra vergi və gömrük orqanlarının idarəetməsi effektiv olacaqmı, bunu zaman göstərəcək.

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev qeyd edib ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Məqalədən sitat: “Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. 

Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir”.

PA rəhbərinin açıqlaması ciddi bir siqnaldır ki, gömrük komitəsi ilə vergilər birləşdirilə bilər. Bu da özlüyündə monopoliya, inhisarçı halların aradan qalxmasına xidmət edəcək.

Elə seçkiyə bir gün qalmış prezident də çıxışında bildirmişdi ki, gömrük məntəqələrində dilənçilik edirlər, rüşvət alırlar, ölkəni, xalqı biabır edirlər. 

Bu çıxışın ardınca R.Mehdiyevin məqaləsi o deməkdir ki, gömrükdə ciddi dəyişikliklər olacaq. Beləliklə, gömrüyün baş inhisarçısı “Broker” MMC rəhbəri Əbülfəz Məlikovun sonu yaxınlaşır. 

Ə.Məlikov seçkilərdən sonra sürətlənəcək islahatlarda gömrükdən uzaqlaşdırılacaq.

Onun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və generalların ona bu şəraiti yaratması prezidentin səbrini daşırıb.

Dövlət başçısı gömrükdə ikinci büdcə açan və MTN bandasının əməllərindən geri qalmayan, sahibkarların dərisini üzən brokerin “zərərsizləşdirilməsi”nə başlaya bilər.

Prezident gömrükdəki vəziyyətin dəhşətli olmasını açıq şəkildə dilə gətirdi. Bu, Ə.Məlikovun sonunun başlanğıcı idi. Son illər ərzində gömrük sahəsində vəziyyəti nizamlamaq üçün bir sıra yeni qərarlar qəbul edilib.

Lakin illər ərzində gömrük sistemində kök salan, sahibkarların qorxulu yuxusuna, qara kabusuna çevrilən bir sıra məmurlar üçün prezidentin qərarları belə əhəmiyyətsiz olub.

FİA.Az xəbər verir ki, Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən “Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir.

Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.

Bir müddətdir ki, karqo şirkətlərinin qanunsuz fəaliyyətinə yaradılan maneələrdən sonra bu yolla böyük pulların mənimsənilməsinin mümkün olmadığını anlayan Ə. Məlikov ölkəyə idxal olunan müyvə-tərəvəz məhsullarının inhisarını nəzarət altına almağı bacarıb.

Əldə etdiyimiz məlumata ona bu işdə himayədarı Kəmaləddin Heydərovun dəstək verdiyi bildirilir.

İddialara görə, artıq Azərbaycana gətirilən meyvə-tərəvəz məhsulları Məlikovun sərəncamında olan şirkətlərin adına sənədləşdirildikdən sonra bazara daxil olur. 

Bu yolla dövlətə ödənilməli olan milyonlarla verginin Məlikovun cibinə getdiyi də verilən məlumatlar arasındadır. 

İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiyməti isə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.

Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. 

Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.

Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal "Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. 

Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar