Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda bu yol ödənişli olacaq

Azərbaycanda bu yol ödənişli olacaq

 

 

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq

 

Yenixeber.org: Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, 2018-ci ildə qarşıya qoyulan əsas tapşırıq Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir:

"Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayaraq 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq".

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək.

Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam