Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Polislərdən gedişhaqqı alınsın!"

"Baku Bus" avtobuslarının sürücülərinə göstəriş verilib ki, mülki geyimdə olan polis əməkdaşlarından da gedişhaqqı tələb etsinlər.

Xeberinfo.com:   Məlumata görə, bunu avtosfer.az-a şirkətin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Məmmədova deyib.

O bildirib ki, əgər polis əməkdaşı, həqiqətən də, gizli xidmətlə əlaqədar olaraq mülki geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil: "Mən belə düşünürəm ki, bu düzgün deyil. Bəli, biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülki geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə bildirib ki, "Polis haqqında" qanununun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər: "Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülki geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu, artıq kifayət edir. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam