Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Polis ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər?

 

Bakıda polis işçisinin avtobusa minib ödəniş etməməsi ilə bağlı video və materialların sosial şəbəkədə tirajlanmasından sonra bu xüsusda başqa rəylər də meydana çıxıb.

"Xeberinfo.com":   Məlumata görə, həmin videoda gediş haqqını ödəməyən polis nəfərinin hərəkətindən əsəbiləşən sürücünün avtobusu saxladığı və onların mübahisə etdiyi görünür. Mülki formada olan polis nəfəri vəsiqəsini təqdim etsə də, sürücü və sərnişinlər ona qarşı çıxırlar.

Polis hansı halda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər?

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ATV.az-a açıqlamasında bildirib ki, “Polis haqqında qanun”un maddələrinə görə polis icitmai nəqliyyatın bütün növlərindən pulsuz istifadə etmək hüququna malikdir: “Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər".

Sözügedən video ilə bağlı O. Mansurzadə bildirir ki, burda sürücünün hərəkətləri qeyri-qanunidir və əməkdaşla mübahisəyə girir: “Polisin o hərəkəti doğru olmasa da, qınağa layiq polisin yox, sürücünün hərəkətidir. Vətəndaşlar mahiyyətə varmadan polisə qarşı sayğısızlıq edirlər. Bu da öz növbəsində qanuna qarşı hörmətsizikdir. Əməkdaş vəsiqəsini təqdim edibsə, heç bir halda suala yer qalmır”.

DİN rəsmisinin fikrincə, bu, bir də onu göstərir ki, nəqliyyat şirkəti maarifləndirmə işini pis aparır.

“Yaxşı olardı ki, sürücülərə hüquqları başa salınsın və onların hansı şəxslərə qarşı necə davranmaları barədə təlimat verilsin”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam