Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

"Çanaq Ermənistanın başında çatlayacaq"

 

Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Zifayət Əsgərov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasında Ermənistanı günahlandırıb.
 
"Xeberinfo.com":  APA-nın xəbərinə görə, Z. Əsgərov bildirib ki, Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir.  
 
Regionda Rusiya və Avropa münasibətlərinin gərginləşməsindən asılı olaraq, Dağlıq Qarabağda müharibəsinin başlanması ehtimalına da münasibət bildirən Z.Əsgərov qeyd edib ki, Ermənistan hazırda müharibə etmək gücündə deyil: “Sadəcə insidentlər yaratmaqla, öz xalqının diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir. Bəli, bu həqiqətdir ki, son vaxtlar cəbhə xəttində insidentlər, gərginlik artıb, nəticədə itkilər olub. Amma yəqin ki, tezliklə bunun bəlli bir nəticəsi olacaq. Nəticəsi də o olacaq ki, çanaq Ermənistanın başında çatlayacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam