Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiya feldmarşal Haftardan əlini üzdü? - Türkiyə Liviyada kartları qarışdırdı

“Avropa ölkələri Liviya münaqişəsinin siyasi yollarla çözülməsini canlandırmalıdırlar, çünki Türkiyənin bu ölkədə hazırkı mövqeyinin güclü olması buna imkan verir”. 

Yenixeber.org: Bu barədə Avropada nüfuzlu analitik mərkəzlərdən biri olan Avropa Xarici Münasibətlər Şurasının son təhlilində deyilir.

Məqalədə bildirlir ki, Liviya indiyədək təlatümlə durğunluq arasında çapalayıb, amma indi həmin o lazımi keçid məqamlarından biridir. Təhlildə qeyd olunur ki, Türkiyənin hərbi dəstəyi Liviyanın beynəlxalq aləmdə tanınan Milli Barışıq Hakimiyyətinin (MBH) həlledici qələbələrini təmin edib və qiyamçı feldmarşal Khalifa Haftarın paytaxt Tripolini ələ keçirmək planlarının üstündən xətt çəkib. Vəziyyətin belə olması iddialı generalı dəstəkləyənlərin arasına ixtilaf salıb.

“Yeni siyasi reallıq”

Politoloqların fikrincə avropalılar Türkiyənin Liviyada güclənən mövqeyindən “yeni siyasi reallığın” yaradılması üçün fürsətlənməlidirlər. Məqalədə deyilir ki, MBH qoşunlarının son hərbi uğurları qərbi Liviyanın Haftar qüvvələrindən tam təmizlənməsinə imkan verib. Qeyd olunur ki, milli hökumətin uğurları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə mümkün olub. Belə bir vəziyyətdə Haftar hava məkanında üstünlüyü ələ ala bilməsə, uduzmaqda davam edəcək.

Bu da bildirilir ki, Türkiyənin Liviyada güclənməsi Berlində yanvar ayında keçirilmiş Liviya konfransındakı uğursuzluğun birbaşa nəticəsidir. Bu konfransda razılığa gəlinməməsinin əsas səbəblərindən biri də Haftarı dəstəkləyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi olub.

Ankara “dərsi” Moskvadan öyrənib

Ankara Haftarı Tripolidən və onun ətraflarından tam çıxarmaq əzmindədir. Təhlilçilər Türkiyənin Liviyada Rusiyanın Suriyadakı siyasətindən öyrəndiyini bildirirlər.Türkiyə hərbiyyəsi də Liviyaya hökumətin dəvəti ilə gəlib və bu məsələdə Avropa ölkələri arasında fikir ayrılığından istifadə edib. Amma məqalədə bu da qeyd olunur ki, MBH-nin ötən ay əldə etdiyi hərbi uğurlara baxmayaraq, müharibə hələ də başa çatmayıb. Haftar hələ də Triploliyə raket zərbələri endirmək imkanındadır və qərbi Liviyadakı Tarhuna şəhəri də onun nəzarətindədir.

Təhliçilərin fikrincə bundan sonra çox şey Haftara muzdlu döyüşçülər və silahlarla yardım edən kənar dəstəkçilərdən asılı olacaq. Onlar indiyədək Liviyada Türkiyə nüfuzunun qarşısını almağa çalışrıdılar.

Rusiya geri çəkilir?

Bununla belə Haftarın son günlərdə düçar olduğu uğursuzluqlar kifayət qədər ciddidir və onun öz sıralarında fikir ixtilafına səbəb olub. Haftarın həyata keçirdiyi daxili çevriliş, onun Liviya Siyasi Sazişini ləğv etməsi də kara gəlməyib. Əksinə ölkənin cənubundakı tayfalar Tripoli hökumətinin tərəfinə keçiblər və yəqin ki, şərqdəki tayfalar da bu barədə düşünürlər.

Məqalədə deyilir ki, belə görünür, Haftarın əsas müttəfiqlərindən Rusiya da mövqeyini yenidən nəzərdən keçirir. Moskva son zamanlar Liviya parlamentinin spikeri Aguila Salehin yeni təşəbbüsünü , dəstəkləməklə fəaliyyətini siyasi müstəviyə keçirmək qərarına gəlib.

Lakin Salehin MBH-ni yenidən tərtib etmək təşəbbüsü çətin ki, uğurlu olsun. Amma buna baxmayaraq bu təşəbbüsün təkan verəcəyi şərqi-qərbi Liviya danışıqları Haftarı oyundan kənar vəziyyətdə qoyardı. Belə görünür ki, Haftarın daha bir müttəfiqi olan Misir də hadisələrin belə inkişafına tərəfdardır. Təhlilçilərin firkincə, bütün bunlar sonunda Haftara hərbi dəstək verən Birləşmiş ərəb Əmirliklərinin də mövqeyini təsirləndirəcək.

Avropanın son fürsəti

Məqalədə deyilir ki, Avropa ölkələri məhz yaranmış bu vəziyyətdən fürsətlənərək Türkiyənin artmaqda olan nüfuzundan maksimum faydalanmalıdırlar. Müəllifin fikrincə Avropa ölkələri “bu yaxşı fürsəti” əldən verməməlidirlər. Əgər bu imkan əldən verilsə, onda Avropanın lap yaxınlığındakı bu münaqişə daha da dərinləşəcək, Türkiyənin artan nüfuzu isə təmsili müharibəni daha da qəlizləşdirəcək.

Lakin real hərəkət üçün Avropa ölkələri Liviyaya münasibətdə həmrəy mövqe tutmalıdırlar. İlk növbədə Almaniya, İtaliya və Britaniya – Fransa və Yunanıstanı “Haftarın gəmisini” tərk etməyin vaxtı olduğuna inandırmalıdırlar. Belə bir həmrəylik əldə olunduqdan sonra yekdil Avropa, Liviyada sülhün bərqərar edilməsi üçün Liviya fraksiyaları arasında BMT-nin təşəbbüsü ilə keçirilən Cenevrə danışıqlarının bərpasına nail ola bilər: “Amma bu fürsət qapısı bağlanmaqdadır. Avropa cəld hərəkət etməlidir”.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam