Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ərdoğandan S-400 və NATO ilə bağlı önəmli açıqlamalar

 

 

S-400 zenit raket kompleksləri Türkiyəyə iyula qədər tədarük edilə bilər.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu iş baş çatıb, hər şey hazırdır. S-400-ün tədarükü iyulda baş tutacaq, amma bu, daha tez də baş tuta bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, S-400 alınmasında əsas məqsəd Türkiyənin milli təhlükəsizliyinin təminatıdır. O, bu sistemlərin üçüncü ölkəyə qarşı istifadə edilməyəcəyini deyib.

Ərdoğan Türkiyənin suveren dövlət olduğu və S-400-lərin alınmasındakı suverenliyini heç kimlə bölüşməyəcəyini söyləyib.

Türkiyə lideri həmçinin ABŞ vitse-prezidenti Mayk Pensin S-400-lərin NATO-nun birliyinə zərər vuracağı açıqlamasını da şərh edib:

“Pensin açıqlamaları önəmli deyil. Pens NATO-nun baş katibi deyil. Stoltenberq artıq özünün bu məsələylə bağlı son sözünü deyib və bunun suveren haqqımız olduğunu söyləyib”.

Suriyanın həlli məsələsinə toxunan Türkiyə Prezidenti tezliklə Astana (Nur-Sultan) prosesinə İordaniya, İraq, Livan, Almaniya və Çinin də qatılacağını deyib. O, bunun sayəsində qəbul edilən qərarlarına beynəlxalq səviyyədə daha güclü olacağını bildirib. Ərdoğanın sözlərinə görə, yaxın zamanlarda Suriya ilə əlaqədar Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin ikinci sammiti keçirilə bilər.

Türkiyə Prezidenti Rusiya lideri Vladimir Putinin bunu dəstəklədiyini də ifadə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam