Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğan Trampın Suriya ilə bağlı qərarına münasibət bildirib

 

 

 "ABŞ Prezidenti Donald Trampla Suriya məsələsi ilə bağlı sonuncu telefon danışığımızda eyni düşündüyümüz məlum oldu".

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan“500 böyük xidmət ixracatçısı mükafatı” tədbirində bildirib.

“Donald Tramp telefon danışığımızda dedi: “Siz İŞİD-i təmizləyə bilərsiniz?” Dedim: “Təmizləyərik”. Lazımi lojistik dəstəyi siz verin, qalanını biz edərik. Bütün bu terrorçu qruplaçmalarını zərərsizləşdirməyə qadir Türkiyə hərbçisi və Azad Suriya Ordusu var. Nəhayət, bu istiqamətdə ümidverici və açıq sözləri ABŞ hakimiyyətindən eşitməyi bacardıq. Keçmişdəki acı təcrübələrimizə əsasən, bunu da ehtiyatla qarşılayırıq. Fəratın şərqində antiterror əməliyyatı keçirməyi qərara almışıq. Ancaq Trampla danışığımız və qarşılıqlı təmaslarımıza görə bir müddət gözləməyi məqsədəuyğun saydıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ölkə hərbçilərinin və hərbi texnikalarının Suriyadan çıxarılmasına dair sənəd imzalayıb. Ötən gün hərbi texnika ilə dolu ilk TIR-lar İraqa gedib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam