Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağ Ev, oval kabinet və dağılan komanda

 

Ağ Ev, oval kabinet və dağılan komanda

ABŞ-ın müdafiə naziri Jesms Mettisin istefaya gedəcəyi bildirilir.

Yenixeber.org: Bu barədə prezident Donald Tramp açıqlama verib. Ağ Evin rəhbəri bildirib ki, Pentaqon rəisi bəzi cəhətlərinə görə demokratdır. “Bura Vaşinqtondur, insanlar gedirlər”,-D.Tramp vəziyyəti belə qiymətləndirib. Ceyms Mettisin mümkün istefası ilə bağlı bir sıra səbəblər göstərilir. Bunlar NATO məsələsində Trampla yaranmış fikir ayrılığı, nüvə razılaşması və Koreyadakı təlimlərlə bağlıdır. 

Yaxın günlərdə Pentaqonun rəhbəri dəyişə bilər. Prezident Tramp CBS telekanalına müsahibəsində müdafiə nazirinin tezliklə istefaya gedəcəyini təsdiqləyib. “Ola bilsin ki, o öz postundan gedəcək. Açıq danışmaq istəyirsinizsə, o bir növ demokratdır”. Pentaqon rəhbərini yaxşı adam adlandıran prezident onunla yaxşı yola getdiyini deyib. “Bizim əla münasibətlərimiz var. İki gün əvvəl birlikdə nahar etmişik. Ancaq ola bilsin ki, o, gedəcək”-Tramp belə deyib. Bura Vaşinqtondur, müəyyən bir mərhələdə hamı, bütün insanlar gedəcək”. Donald Tramp qeyd edib ki, yaxın vaxtlarda prezident administrasiyasının başqa əməkdaşları da istefaya gedə bilər. Lakin o, konkret adlar çəkməyib. “Ağ Evdə hər hansı xaos yoxdur”-deyən ABŞ prezidenti bu cür xəbərlərin saxta olduğunu bildirib. ABŞ prezidenti əlavə edib ki, yalnız vəzifə səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməklə sadəcə, öz administrasiyasının tərkibi dəyişir.

Qeyd edək ki, C.Mettisin istefası ilə bağlı məlumatlar ABŞ mediasına hələ oktyabr ayının əvvəllərində daxil olmuşdu. “The Washington Post” qəzetinin yazdığına görə, müdafiə nazirinin yaxın aylarda istefaya gedəcəyini və Ağ Evin mümkün varislərlə bağlı müzakirə apardığını yazırdı. 

“The New York Times” isə qeyd edir ki, Ceyms Mettisin bir neçə səbəbdən tutduğu vəzifəni könüllü tərk edəcəyi bildirilir. Lakin əsas problem onunla prezident Tramp arasında xarici siyasət məsələlərində fikir ayrılığının yaşanması ilə bağlıdır. Pentaqonun rəhbəri ABŞ-ın NATO-dakı iştirakı, Cənubi Koreyadakı birgə təlimlər və ABŞ-ın İranla nüvə sazişindən çıxması ilə bağlı prezidentin mövqeyi ilə razılaşmır. Donald Tramp bu məlumatı təkzib edb. Ceyms Məttis də istefa barədə dolaşan söhbətləri rədd etmişdi. Ona görə də “Los Angeles Times”a məlumat verən mənbənin sözlərinə görə, “Pentaqon” rəhbərinin prezident Trampın impulsivliyindən və səsləndirdiyi yüksək siyasi bəyanatlardan təəccüblənib. 

ABŞ-ın müdafiə nazirinin ritorikasında Rusiya xüsusi yer tutur. Oktyabr ayının əvvəlində C.Mattis, Rusiya rəhbərliyinin kiçik və orta mənzilli raketlər haqqında müqavilənin yerinə yetirilməsinə qayıtmayacağı halda, onun hərəkətlərinə cavab veriləcəyini vəd edib. Beləliklə, o, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatsonun Rusiyanın istehsal etdiyi raketlərə Amerikanın hücum edə biləcəyinə dair sözlərini təsdiqləyib.

“Rusiya kiçik və orta mənzilli raketlərlə bağlı müqaviləyə riayət etməyə qayıtmalıdır. Ya da ABŞ bu müqavilənin məhdudiyyətlərinə ədəbsiz şəkildə məhəl qoyulmamasına reaksiya verməlidir”-Mettis belə deyib. O, bəyan edib ki, ABŞ müdafiə və diplomatiya sahəsində cavab variantlarını nəzərdən keçirməlidir. 

Tramp administrasiyasındakı vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən politoloq Fikrət Sadıqovun sözlərinə görə, sanki siyasi ənənəyə çevrilmiş istefa halları ABŞ prezidentinin həm şəxsi xarakteri, həm də dövlət idarəçiliyindəki təcrübəsizliyi ilə bağlıdır: “Tramp demokratik yolla seçilmiş bir prezident olsa da, ətrafında ciddi qalmaqallarla müşahidə olunan hadisələr dolaşır. Konqres tərkibində qurulan komissiya onu Rusiya ilə əlaqədə olmaqda şübhəli bilir. Donald Trampın Rusiya ilə gizli əlaqələri axtarılır. Digər tərəfdən, keçmiş dövlət katibi Reks Tillersonun istefaya getməsi və indi də Ceyms Mettisin postundan imtina etmək qərarına gəlməsi göstərir ki, Trampın özünün qeyri-sabit bir insan olduğunu göstərir. 

Onun yürütdüyü siyasət bir sıra müşavirlərin, nazirlərin xoşuna gəlmir. Onlar Trampın siyasi xətti ilə barışmır. O, Rusiyaya sanksiyalar tətbiq edib, Çinə qarşı ticarət müharibəsi elan edib, hətta Avropa Birliyi ilə münasibətlər gərginləşib, İranla nüvə sazişindən çıxıb və daha sərt sanksiyalar tətbiq edir. Bütün bunlar ziddiyyətli hadisələrdir və Trampın ətrafındakı insanların siyasi düşüncəsi ilə ziddiyyət təşkil edir. Ona görə də hesab edirəm ki, Mettisdən sonra bir çox istefalar da ola bilər. Trampla işləmək görünür, çox çətindir. Bu da həm onun şəxsi xüsusiyyətləri, həm də siyasi təcrübəsizliyi ilə bağlıdır. Onun ətrafındakı məmurlar da çalışırlar ki, Trampdan uzaq olsunlar”.

Müşfiq Abdulla 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam