Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Trampa güvənirəm” -Putindən etiraf

“Trampa güvənirəm” - Putindən etiraf
Rusiya prezidenti Vladimir Putin ümid edir ki, ABŞ prezidenti Donald Tramp ikitərəfli münasibətləri yaxşılaşdıracağına dair seçkiqabağı verdiyi vədləri yerinə yetirəcək.
Yenixeber.org: Bu barədə Putin Rusiya kanalına müsahibəsində deyib.

“Vədlərdən biri də ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaqdır. Ümid edirəm ki, bu baş verəcək. İstənilən halda, biz buna hazırıq. Hesab edirəm ki, top indi Amerikanın meydanındadır.” – deyə Putin bildirib.

Putin vurğulayıb ki, rəsmi Moskva Vaşinqtonla əlaqələrin normallaşmasına hazırdır və bu, müxtəlif yollarla, o cümlədən şəxsi görüşlər vasitəsilə reallaşdırıla bilər. Rusiya dövət başçısı Trampla dialoqun konkstruktiv keçəcəyinə dair kifayət qədər əsasların olduğunu da bildirib.

ABŞ-da qəbul olunan qərarlara, o cümlədən ABŞ prezidentinin verdiyi qərarlara fərqli yanaşmaq lazımdır. Tənqid də etmək olar. Çünki həqiqətən də, orada tənqidə layiq çox şey var. Amma əvvəl də dediyim kimi, bir məsələ var: Tramp seçkiqabağı kampaniyada verdiyi vədləri icra edir. Eyni zamanda liderlər arasındakı qarşılıqlı münasibətlər mədəni şəkildə qurulmalıdır. Lakin bu, hər hansı liderin öz ölkəsi üçün vacib və məqsədəuyğun hesab etdiyi qərarlar verməsini istisna etmir.” – deyə Putin qeyd edib.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ən son telefon söhbətlərində Putinlə Tramp Vyanada görüşməyi müzakirə ediblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam