Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İddia:Rusiya PKK/PYD-yə qarşı hərbi əməliyyat üçün Türkiyəyə “yaşıl işıq” yandırıb

 

 

 

“Deutsche Welle” Türkcənin yaydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Suriya müxalifləri və rejim qüvvələrini bir araya gətirmək üçün keçirmək istədiyi “Suriya Milli Dialoq Konqresi”ndə PKK/PYD xaric kürdlərin iştirakını Ankaraya təklif edib. Qeyd edək ki, Türkiyə terror təşkilatının Suriyada tərəf kimi danışıqlarda iştirakına qarşı çıxırdı.

Yenixeber.org: Dünən Suriya prezidenti ilə görüşən və Rusiya hərbi kontingentinin əsas hissəsinin Suriyadan çıxarılması əmrini verən Putin Əsədlə görüşünün təfərrüatları haqda rəsmi Ankaranı məlumatlandırıb.

Xəbərə görə, Suriyada sadəcə Hmeymim və Tarsus bazalarında əsgər saxlayacaq Rusiya Suriya ilə bağlı planlarını yenidən baxacaq. Suriya ilə bağlı planlarını Ərdoğanla bölüşən Putin Afrinə qarşı hərbi əməliyyat keçirəcəyi halda Türkiyəyə dəstək verəcəyini bildirib.

Belə ki, Putin Ərdoğanla görüşündə PKK-nın Suriya qolu PYD-nin konqresdə iştirak etməməsi ilə bağlı Ankaranın iradını anlayışla qarşıladığını dilə gətirib. Ərdoğan-Putin görüşünü yaxından izləyən diplomatik mənbələr PYD xaricində qalan kürdlərin “Suriya Milli Dialoq Konqresi”ndə iştirakı məsələsində Ərdoğan və Putinin həmrəy olduğunu bildirirlər.

Keçirilməsi 2018-ci ilin əvvəlində nəzərdə tutulan “Suriya Milli Dialoq Konqresi” üçün hazırlıqlar aparan Ankara bu səbəbdən yeni Soçi görüşünün olacağını və bu görüşdə Suriya məsələsində Ankara-Moskva əməkdaşlığının detallarının daha da dəqiqləşdiriləcəyi vurğulanır.(avropa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam